Muhasibatliq xidmeti

Muhasibatliq xidmeti bir müəssisə ilə əlaqəli maliyyə əməliyyatlarının qeyd edilməsi, əməliyyatların ümumiləşdirilməsi, təhlili və nəzarət orqanlarına, tənzimləyici orqanlara və vergi yığımı subyektlərinə hesabat verilməsi prosesidir.
Bizneslərdə mühasibatlığın düzgün qurulmaması gəlir və xərclərin hesabatının itməsinə, gəlirlilik səviyyəsinin azalmasına və işin mənfi dinamikada irəliləməsinə səbəb olur.
Ən ciddi problemlər isə hesabatlar dövründə özünü göstərir. Belə ki, hesabatların vaxtında təqdim olunmaması və ya hesabatlarda uyğunsuzluqların, səhvlərin təyin olunması sahibkar üçün ciddi məbləğli cərimələr və maliyyə sanksiyalarına səbəb olur.
Doğru qurulmuş və optimiziasiya olunmuş mühasibatlıq prosesi şirkəti görünməyən, amma çox ciddi olan təhdidlərdən qoruyur və sığortalayır.
Təklif etdiyimiz mühasibatlıq xidmətlərinə aşağıdakılar aiddir: Şirkətin uçotunun yoxlanılması və hesab qalıqların çıxarılması, xərclərin düzgün uçotu, əsas vəsaitlərin inventarizasiyası, mal qalıqlarının sayılması, balans hazırlanması, kassa hərəkəti, bank hesablarının işlənməsi.

  • Əmək haqqı cədvəllərinin hazırlanması və uçotu, 
  • MDSS hesabatları,
  • Statistik hesabatların hazırlanması, 
  • Vergi hesabatlarının təqdim edilməsi, 
  • Əmək haqqından tutulmaların hesablanması,
  • Məşğulluq mərkəzi üçün hesabatların hazırlanmasi və göndərilməsi, 
  • (Aylıq, rüblük, illik), vergi, hesab, faktura (ƏDV ödəyicilər üçün) hazırlanmasi və göndərilməsi, 
  • Elektron qaimələrin tərtibi və təqdim edilməsi, 
  • Asan imza ilə bağlı müvafiq işlərin icra edilməsi, 
  • Sadələşdirilmiş vergi, 
  • Əlavə dəyər vergisi, 
  • Torpaq vergisi, 
  • Aksizlər, 
  • Müəssisələrin əmlak vergisi, 
  • Fərdi sahibkarın gəlir vergisi, 
  • Fərdi sahibkarın vergi uçotu.


  • Hesabatların hazırlanması

  • Vergi dəstəyi

  • Əmək haqqının hesablanması

  • Gəlir və xərclərin uçotu