“Macis Consulting” MMC şirkətinin əsası 2006-cı ildə qoyulmuşdur.
Biz biznes sferasında fəaliyyət göstərən sahibkarlara mühasibatlıqla bağlı məsələlərdə dəstək olmaq və effektiv həll yolları təqdim etmək ideyası ilə fəaliyyətə başladıq.
Bu sahədə kifayət qədər uğurlu işlərə imza atdıqdan sonra fəaliyyət sferamızı genişləndirərək bütün biznes proseslərinin optimallaşdırılması üçün həllər təqdim etdik.
Hal hazırda istər yeni başlayan kiçik və orta sahibkarlıq subyektləri, istərsə də çoxillik iri müəssisələr daxil olmaqla bütün biznes növləri üçün maliyyə, mühasibatlıq, vergi və konsaltinq xidmətləri göstəririk.
Bununla yanaşı hüquqi və fiziki şəxslərin qeydiyyatı, hüquq xidmətləri, ERP sisteminin qurulması, audit xidməti, gömrük xidmətləri, tender sənədlərinin hazırlanması, lisenziyaların alınması, biznes planın qurulması və konsaltinq xidmətlərini də fəaliyyət sahəmizə daxil edilmişdir. Təklif etdiyimiz xidmətlər hər bir sahibkar üçün fərdi şəkildə və beynəlxalq standartlara uyğun formada həyata keçirilir.
İş dünyasına addım atdığımız ilk gündən etibarən hər bir müştərinin maraqlarını anlayaraq, onlara öz biznes məqsədlərinə nail olmaqda dəstək oluruq.
Hədəfimiz bütün biznesləri cərimələrdən və sanksiyalardan qorumaq, gəlirlərinin artması və uzuömürlülüyünü təmin etmək və biznes mühitini inkişaf etdirməkdir.