“MACİS CONSULTİNG” MMC hüquqi şəxslərə – subyektlərə hüququn müxtəlif sahələrində hüquq xidmətləri və konsultasiyaları göstərilməsində ixtisaslaşmışdır. Şirkətimiz aşağıdakı sahələrdə hüquqi xidmətlər göstərir:
Şirkətlərin, fərdi sahibkarlıq subyektlərinin qeydiyyatı
Bütün növ fəaliyyət sahələri üçün şirkətlərin və fərdi sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmasını həyata keçirirk. Bu sahədə böyük təcrübəyə malik olan heyətimiz gələcək sahibkarın bütün potensial problemlərini təxmin edir və önləyici addımlar atır.
Müqavilələrin ekspertizası
Müqavilələrin və ya digər qanuni əhəmiyyətli sənədlərin hazırlanması və ekspertizası ən vacib məsələlərdən biridir. Müqavilə müddəalarının qarşıdurmalara yol verməyəcək, beynəlxalq normalara və yerli qanunvericiliyə uyğun formatda tərtib edilməsini həyata keçiririk.
Hüquqi konsultasiya
Hüquqi konsultasiya xidmətlərimiz kommersiya hüququ, vergi hüququ, korporativ hüquq, müqavilə hüququ, iqtisadi mübahisələr, məhkəmələrdə nümayəndəlik kimi sahələri əhatə edir.
.
Miqrasiya xidməti
Şirkətimiz miqrasiya üçün lazım olan sənədlərin hazırlanması və onların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edir və aşağıdakı prosesləri həyata keçirir.
– İşləmək icazəsinin alınması
– Müvəqqəti yaşayış üçün icazənin alınması
– Çıxış ücün icazənin alınması .