Fəaliyyətə başlamazdan öncə tamamlanması vacib olan əsas məsələlərdən biri şirkətin dövlət qeydiyyatının aparılmasıdır. Qeydiyyat əsasən iki formada – fiziki şəxs və hüquqi şəxs(MMC) olaraq olur.
Fiziki şəxs özü kimi fəaliyyət göstərən və özü kimi görünən, digər bir qurumun adından çıxış etməyən şəxsdir. Hüquqi şəxs isə şəxs olmayan, lakin qanuni proseslər məqsədi ilə tək bir şəxs olaraq qəbul edilən bir topluluqdur. Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) dövlət səviyyəsində formalaşmış hüquqi şəxsdir.
Hüquqi və fiziki şəxs olaraq dövlət qeydiyyatının aparılması zamanı ehtiyac və tələb nəzərə alınmalıdır. Çünki qeydiyyat forması bütün gələcək fəaliyyət və əməliyyatlara təsir göstərir.
“Macis Consulting” MMC şəxslərin hüquqi şəxs və ya fiziki şəxs kimi qeydiyyatının aparılması, peşəkar konsultasiyanın verilməsi, prosedurların qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını təmin edir.
Xidmətlərimiz bütün zəruri sənədlərin hazırlanması və lazımi qaydada rəsmiləşdirilməsi, dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumlarının ödənilməsi, müvafiq orqanda dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və reysterdən çıxarışın alınması, möhürün hazırlanması, bank hesabının açılmasını əhatə edir.