Hər biznesin qurulmasında başlıca məqsəd əlbəttə ki, gəlir qazanmaqdır və hər bir biznesmenin də biznes qurarkən xəyalı yaxşı pul qazanmaq olur. Statistikalar göstərir ki, qurulan hər 10 biznesdən yalnız 3-ü ayaqda qalır və onların da yalnız 1-i gəlir qazanır. Göründüyü kimi bu nəticələr biznesmeni qane edə bilməz.
“Böyük dördlük” deyilən (ing. “big four”) dünyanın ən böyük 4 mühasibatlıq şirkətinin statistikaları bizə onu göstərir ki, fəaliyyətini davam etdirə bilməyən və/və ya çox uzun müddət mənfəətə keçə bilməyən şirkətlərin 93%-də ən əsas problem mühasibatlığın düzgün qurulmaması olur. Bu yazıda sizə bizneslərin mühasibatlıqda etdikləri ən böyük beş səhvdən danışacağıq.
Biznesin gəlir və xərclərinin düzgün qruplaşdırılmaması
Xüsusilə yeni qurulan və kiçik bizneslərdə biznesin gəlir və xərclərinin hansılar olması dəqiq müəyyən edilmir. Xərclərin düzgün qruplaşdırılmaması, yəni biznesin hansı tipdə və haralarda xərclərinin olmaması eyni zamanda biznesin xərclərini rəqəmsal olaraq hesablamaqda da çətinlik yaradır. Misalçün, əgər sizin biznesiniz kağız istehsalı ilə məşğuldursa, əvvəlcə bir ədəd kağız istehsalı zamanı biznesin çəkəcəyi bütün xərclər (xammalın alınması, cihazların alınması, cihazı işlədəcək insan resurslarına çəkilən xərclər, cihazın kommunal sərfiyatı və s.) rəqəmsal olmasa da müəyyən edilməlidir. Əks halda, əgər siz istehsal prosesi zamanı insan resurslarına çəkiləcək xərcləri dəqiq qruplaşdıra bilməsəniz, onu rəqəmsal olaraq da ölçmək qeyri-mümkün olacaqdır.
Şirkətimizin bizneslər üçün təqdim etdiyi mühasibatlıq xidmətinə gəlir və xərclərin düzgün qruplaşdırılması, xərclərin müəyyən edilməsi, gəlir və mənfəətin hesablanması, vergi hesabatlarının təqdim olunması kimi xidmətlər daxildir.
İnsan resurslarına çəkilən xərclərin optimallaşdırılmaması
Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin qurucusu Cef Bezosun hər kəsin diqqət etməli olduğu bir fikri var; əgər bir komandanı 2 pizza ilə doyura bilmirsinizsə, deməli komanda çox böyükdür. Statistikalara görə, istər kiçik, istərsə də orta bizneslərdə insan resursları ya qeyri-müəyyən periodlarda optimallaşdırılır, ya da ümumiyyətlə optimallaşdırılma aparılmır. Dövr dəyişir, imkanlar və fürsətlər bizneslər üçün hər an dəyişkəndir. Misalçün, bundan 15 il öncə hansısa bir işi etmək üçün insan resursu, böyük bir komanda tələb olunursa, artıq bunu sadəcə bir proqram təminatı və bir operator ilə etmək mümkündür. Bu səbəbdən insan resurslarının biznesin strategiyasına uyğun olaraq müəyyən perioddan bir optimallaşdırılması biznesin dayanıqlılığını təmin etməklə bərabər, görülən işlərin də effektliyini artıracaqdır.
Şirkətimiz bir sıra audit xidmətləri, həmçinin insan resurslarının auditi xidmətini təqdim edir. Şirkətlərin bu problemlərdən qurtulması və insan resurslarının daha optimal fəaliyyəti üçün lazım olan bütün prosedurlar tərəfimizdən həyata keçirilir.
Lazımsız xərclər, lazımsız işlər
Pandemiyadan sonraki mənzərə onu göstərdi ki, şirkətlər sürətlə rəqəmsallaşmağa doğru addımlar atıb. Satışın və marketinq proseslərinin rəqəmsal mühitə keçməsi, çatdırılma-daşınma-logistikanın idarəolunmasının rəqəmsallaşması, biznes proseslərinin idarəolunmasının rəqəmsallaşması kimi xüsusilə kiçik bizneslər üçün böyük xərc və zaman tələb edən proseslər bir müddət sonra faydadan çox zərər vurmağa başladı. Bizneslərin “o əjdahadan niyə bizdə yoxdur?” yanaşmasının yanlış olmasını statistikalardan da görə bilərik. 2021-ci ildə aparılmış araşdırma onu göstərir ki, rəqəmsallaşmaya keçid etmiş, onun üçün büdcə ayırmış və ya planlamış bizneslərin 30%-ə qədərinin bu prosesə faktiki olaraq ehtiyacı olmayıb. Biznes bir addım yox, beş addım irəlini görməyi tələb edir. Bu səbəbdən də dəbə uymaq üçün lazımsız xərclər etməyin heç bir faydası yoxdur. Büdcə planlarını uzun müddətə hesablayaraq pulunuzun sizə uzun müddətdə fayda gətirəcək planlara xərclənməyini təmin edə bilərsiniz.
Yoxlanışlardan qaçmaq – yeniliklərə açıq olmamaq
Məşhur filosoflardan birinin tarixə keçmiş bir sözü var; insan səhv etdiyi müddətcə insandır. Hamımız səhv edə bilərik, bilərəkdən və ya bilmədən. Ancaq ən böyük səhvimiz isə səhvlərimizin ortaya çıxmasını əngəlləmək olacaqdır. “KPMG” şirkətinin hesabatları göstərir ki, hər 100 biznesdən yalnız 34-ü planlı şəkildə audit yoxlanışları cəlb edir. Bizneslər öz planlarına uyğun formada müəyyən aralıqlarda kənardan bir şəxs və ya şirkətin audit xidmətindən yararlanmalıdır. Necə deyərlər, musiqiçilər özləri də kaman çala bilər, dirijor onların kaman çala bilməklərini yox, bilməməklərini idarə etmək üçün var.
Göstərdiyimiz audit xidmətlərinə mühasibat uçotunun auditi, insan resurslarının auditi, anbar uçotunun auditi və işəgötürən brendinin auditi daxildir. Audit yoxlaması biznesinizdə olan faktiki problemləri müəyyən etmək, etibarlı investisiya mühiti yaratmaq, daha dəqiq proqnozlaşdırma və planlama etməyə imkan verir.
Bəlkə biraz yavaşlayaq?
Xüsusilə gənc və səbrsiz biznesmenlər şirkət qurarkən onun çox sürətli böyüməyini arzulayır. Müəyyən istisna halları saymasaq, əlbəttə ki, belə bir şeyin olmağı mümkün olmadığından bu arzu daha sonra çox zaman özünü aldatmaya çevrilir. Bu isə biznesin və biznesmenin özünə ən böyük düşmən yaratmasına səbəb olur. Məşhur bir misaldan söz alsaq, “özünü div aynasında görən” biznes öz büdcəsinin qat-qat daha yuxarısında planlar qurur və hərəkətə keçməyə başlayır. Nəticədə isə planı həyata keçirmək üçün real büdcənin olmaması onu fiyaskoya çevrilməyə məcbur edir. Hər bir biznesmen və bütünlükdə bütün rəhbər heyət reallıqları görməli, gələcək plan və strategiyaları buna əsasən qurmalı və tətbiq etməlidir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.