Hansı səhmdar cəmiyyəti formaları mövcuddur?

12 Mart 20230

Səhmdar cəmiyyəti dedikdə nə başa düşülür? Onun hansı formaları var? Səhmdar cəmiyyətinin ən əsas xüsusiyyəti onun nizamnamə kapitalını səhmlər hesabına formalaşdırmasıdır. Gəlin bu barədə danışaq.

 

Nizamnamə kapitalı müəyyən sayda emissiya qiymətli kağızlar – səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti adlanır. Səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir şəxs cəmiyyətin səhmdarı və müəyyən sayda səhmə sahib olur. Səhmdarlar şirkətin fəaliyyətinə və mövcudluğuna heç bir təsir etmədən sahib olduğu səhmləri başqasına ötürə bilirlər. Cəmiyyətin səhmdarları şirkətin öhdəliklərinə görə məsuliyyət daşımır, onlar yalnız sahib olduqları qiymətli kağızların dəyəri nisbətində zərər riski daşıyırlar.

Açıq  və qapalı səhmdar cəmiyyəti vardır. Səhmdar cəmiyyətinin adında onun müvafiq növü (ASC və ya QSC olmaqla) göstərilməlidir. Qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyəti üçün nizamnamə fondunun minimum həcmi 10 milyon manat, qapalı səhmdar cəmiyyəti üçün isə 5 milyon manat məbləğində olmalıdır.

 

Açıq səhmdar cəmiyyəti hansı xüsusiyyətlərə malikdir?

Cəmiyyətin iştirakçıları sahib olduğu səhmləri digər səhmdarların təsdiqi olmadan başqasına ötürə bilirsə bu cəmiyyət forması açıq səhmdar cəmiyyəti adlanır. Açıq səhmdar cəmiyyətləri səhmlərini birbaşa özləri, bank və ya birja yolu ilə sata bilər, lakin bu satış barədə elan ən gec 6 ay qabaqcadan media resurslarında elan edilməlidir. Həmçinin açıq səhmdar cəmiyyətləri illik və maliyyə hesabatlarını açıq şəkildə dərc etməyə borcludur.

 

Qapalı səhmdar cəmiyyətləri hansı xüsusiyyətlərə malikdir?

Səhmləri yalnız cəmiyyətin təsisçiləri arasında bölüşdürülən, iştirakçılardan hər hansı birinin səhmlərin ötürülməsini cəmiyyət iştirakçılarının əksəriyyətinin razılığı ilə edə bildiyi cəmiyyət forması qapalı səhmdar cəmiyyəti adlanır. Qapalı səhmdar cəmiyyətləri səhmləri heç bir formada sata bilməz və satış üçün elan verə bilməz, yalnız təsisçilər və əvvəlcədən müəyyən edilmiş şəxslər arasında bölüşdürə bilər.

Səhmdarlar cəmiyyətinin yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının “Səhmdar cəmiyyəti haqqında” qanunu ilə tənzimlənilir.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

 

HƏMÇİNİN OXU: Bizneslərin mühasibatlıqda etdikləri ən böyük 5 səhv

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.