Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi necə aparılır?

25 Mart 20230

Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük məcəlləsi əsasında aparılır. Bəs bu qanunvericilik sözügedən prosesi hansı formada nəzərdə tutur? Bu yazımızda tranzit yüklərin gömrük rəsmiləşdirilməsinin necə aparılmasından danışacağıq.

Tranzit yüklərin gömrük rəsmiləşdirilməsinə sərhəd stansiyası tərəfindən yüklərin AR-a daxil olması barədə müvafiq gömrük orqanına verdiyi məlumatdan sonra start verilir. Tranzit yüklərin idxal məntəqəsindən ixrac məntəqəsinə kimi daşınması prosesi gömrük nəzarəti altında baş tutur. Tranzit yüklər müvafiq gömrük orqanına bəyan edilməlidir, bu bəyanedilmə dəmiryolu, yükün ekspeditoru və ya gömrük brokeri tərəfindən həyata keçirilir. Gömrük rəsmiləşdirilməsinin tamamlanması mümkün olmayan və ya AR ərazisində daşınması qanunvericiliklə qadağan olan yükdaşımaları qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində geri qaytarılmalıdır.

Əgər yükün daşınmasının mümkünlüyü barədə qərar qəbul edilibsə, bundan sonra gömrük orqanının vəzifəli şəxsi tranzit bəyannaməsinin bütün nüsxələrinə, həmçinin qaimə və çıxış sərhəd məntəqəsində alınan yol cədvəlinin əlavə nüsxəsinə də ştamp vuraraq rəsmiləşdirməni həyata keçirir. Tranzit yüklərin daşınmasına nəzarət Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Şirkətimiz gömrük rüsumlarının müəyyən edilməsi, idxal və ixrac əməliyyatlarında rəsmiləşdirməsinin həyata keçirilməsi, gömrük ekspertizasıının aparılması, malların təsnifat kodlarının müəyyən edilməsi bir sıra gömrük xidmətlərini müştərilərimizə təqdim etməkdədir.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

 

HƏMÇİNİN OXU: Hansı sahibkarlıq fəaliyyəti sahələri lisenziya almalıdır?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.