Məzuniyyət haqqı necə hesablanmalıdır?

16 Oktyabr 20230

Məzuniyyət haqqı nədir və necə hesablanmalıdır? Qanunvericilik bu barədə hansı hüquqları bizə təqdim edir? Bu yazımızda bu barədə detallı məlumat verməyə çalışacağıq.

Əmək müqaviləsinin tərəflərindən biri kimi hər bir işçinin peşəsindən, vəzifəsindən, əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətin müxtəlif növlərindən (əmək məzuniyyəti, sosial məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət) istifadə etmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırıla bilməz. Bu məzuniyyət növləri arasında hamımızın ən çox maraqlandığı və dörd gözlə gözlədiyi, bütün tətil və istirahət planımızın asılı olduğu məzuniyyət növü məhz əmək məzuniyyətidir.

Hər il müvafiq iş ili üçün əmək məzuniyyəti təyin edilir. Bir iş ili işçinin işə götürüldüyü gündən etibarən başlamış sayılır və növbəti ilin həmin günü başa çatmış hesab olunur və bir iş ilinə görə yalnız bir dəfə əmək məzuniyyəti verilə bilər.

Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin XVII Fəsil, 114-cü maddəsinin 2-ci bəndinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

AR Əmək Məcəlləsinə görə aşağıdakı fəaliyyət sahələrində çalışan işçilər 30 təqvim günü müddətində ödənişli əsas məzuniyyətdən istifadə etmək hüququna malikdirlər;

  • kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;
  • məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçuları, müəssisənin rəhbər işçiləri və mütəxəssisləri;
  • xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri;
  • tədris müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçılar, kitabxanaçılar, laborantlar, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərlər;
  • elmi dərəcəsi olmayan elmi işçilər;
  • həkimlər, orta tibb işçiləri və əczaçılar.

Natamam iş vaxtı (natamam iş həftəsi və ya natamam iş günü) şəraitində işləyən işçilərin əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

Mövsümi işlərdə fəaliyyət göstərən işçilər üçün nəzərdə tutulan  əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayı üçün iki təqvim günündən az olmayaraq verilir. Əgər iş günü hesab edilməyən bayram günləri əmək məzuniyyəti dövrünə təsadüf edərsə, bu zaman həmin günlər məzuniyyətin təqvim günlərində hesab edilmir və ödənilmir.

İşçi birinci iş ili üçün iş yerində əmək müqaviləsinin bağlandığı andan etibarən ən az  6 ay işləmişsə bu zaman onun ödənişli əsas əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Bəs əmək məzuniyyəti necə hesablanır?

Bunun üçün ilk öncə məzuniyyət vaxtı üçün ödənilən orta aylıq əmək haqqını hesablamaq lazımdır. Orta aylıq əmək haqqını məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əmək haqqlarının ədədi ortasını hesablamaqla tapmaq mümkündür. Yəni 12 təqvim ayının əmək haqqı toplanaraq ayların sayına bölünməlidir. Alnan məbləğ isə ayın təqvim günlərinin orta illik miqdarına, yəni 30, 4-ə bölünərək bir günlük əmək haqqı müəyyənləşdirilir. Daha sonra həmin məbləğ məzuniyyət günlərinin sayına vurulur. Əgər işçi 12 aydan az işləmişsə, bu zaman məzuniyyət haqqı faktiki olaraq işlədiyi müddətə əsasən təyin edilərək hesablanır.

Belə bir nümunə üzərində izah edək:

Arzuladığınız əmək haqqı 1600 1600 1700 1700 1800 1800 1800
Tarix

 

Sentyabr

2023

Oktyabr

2023

Noyabr

2023

Dekabr

2023

Yanvar

2024

Fevral

2024

Mart

2024

7 ay ərzində toplam əmək haqqı = 12000

Orta aylıq əmək haqqı = 1200/7=1714.28

Bir günlük əmək haqqı = 1714.28/30.4=56.39

Məzuniyyət haqqı= 56.39×21=1184.21

Məzuniyyət vaxtı üçün müəyyən edilmiş orta əmək haqqı işçiyə məzuniyyətin başlamasına ən gec 3 gün qalmış ödənilməlidir.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

 

HƏMÇİNİN OXU: Gəlirdən çıxılan və çıxılmayan xərclər hansılardır?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.