Mənfəət vergisi nədir? Mənfəət vergisi necə hesablanır?

25 Oktyabr 20230

Hər hansı bir biznesə başlamadan öncə hər kəsi maraqlandıran ən vacib suallardan biri “Görəsən mənim burada qazancım və ya mənfəətim nə olacaq?” sualıdır. Əminik ki, bu sualın cavabını tapan hər kəs növbəti mərhələdə mənfəətə görə hansı faiz dərəcəsində və hansı məbləğdə vergi ödənilməli olduğu, həmçinin hər hansı güzəştlərin olub-olmadığı ilə maraqlanır. Bu yazımızda mənfəət, mənfəət vergisi və onun hesablanması haqqında sizi məlumatlandıracağıq.

Mənfəət və mənfəət vergisi nədir?

Mənfəət dedikdə hər hansı bir müəssisənin gəlirləri ilə  gəlirdən çıxılan xərclər arasında qalan fərq nəzərdə tutulur. Mənfəət vergisi isə həmin mənfəətin Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq müəyyən edilən faiz dərəcəsinə vurularaq hesablanan vergi növüdür. Vergidən azad edilən gəlirlər bu vergiyə daxil edilmir. Eyni zamanda qeyd edək ki, mühasibat mənfəəti və vergi mənfəəti vardır. Mühasibat mənfəətinin gəlir və xərcləri mühasibat uçotu standartları, vergi mənfəətini müəyyən edən gəlir və xərclər AR vergi qanunvericiliyi ilə müəyyən edilir.

Mənfəət vergisi necə hesablanır?

Mənfəət vergisi ödəyicisi olaraq uçota alınan hüquqi şəxs il ərzində əldə etdiyi mənfəəti ilə gəlirlərinin əldə edilməsindən çəkdiyi xərclərinin fərqinin 20 faizi dərəcəsində mənfəət vergisi ödəməlidir. Bunu sadələşdirilmiş halda aşağıdakı düsturla ifadə edə bilərik:

Mənfəət vergisi = (Gəlirlər-Xərclər) x Vergi dərəcəsi.

Belə bir nümunə üzərində izah edək:

Bir müəssisə 2023-cu il üzrə 180.000 manat gəlir əldə edib. Çəkilən xərclər isə 100.000 manat dəyərindədir. O zaman mənfəət = 180.000 -100.000 = 80.000 manat olacaqdır.

AR Vergi Məcəlləsinin Azadolmalar və Güzəştlər barəsindəki 106-cı maddəsinə əsasən bəzi mənfəətlərin qanunla müəyyən edilən hissəsi mənfəət vergisindən azaddır. Yuxarıdakı nümunədə mikrosahibkarlıq fəaliyyətinə görə əldə edilən mənfəətin 75 %-i vergidən azad edilir. Bu zaman:

80.000 x 75% = 60.000 manat

Vergi tutulan hissə:

80.000-60.000 = 20.000 manat

20.000 x 20% = 4.000 manat

Müəssisənin mənfəət vergisi 4.000 manatdır.

Mənfəət vergisinin dəyəri müəssisənin maliyyə nəticəsindən asılıdır.

Azərbaycan Respublikasında qeyri-rezident və rezident müəssisələr, həmçinin sahibkarlıqdan gəlir əldə edən qeyri-kommersiya təşkilatları da mənfəət vergisinin ödəyiciləri hesab olunur.

Qeyri-rezidentin Azərbaycan mənbəyindən və qeyri-rezidentin AR ərazisindəki daimi nümayəndəliyinə aid olmayan gəlirindən vergi tutulması

Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəliri kimi müəyyən olunan və qeyri-rezidentin AR ərazisindəki daimi nümayəndəliyinə aid olmayan gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulması aşağıdakı qaydada həyata keçirilir:

  • Dividend – ödəmə mənbəyindən 10 % dərəcə ilə.
  • Faizlər – rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin AR-dakı daimi nümayəndəliyinə və AR-dakı daimi nümayəndəliyi olmayan qeyri-rezidentə, rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, həmçinin maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, (gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə) qanunda nəzərdə tutulan güzəşt nəzərə alınmaqla ödəmə mənbəyindən 10 % dərəcə ilə
  • Rezident müəssisəsinin və yaxud sahibkarın riskin sığortasına və  təkrar sığortasına dair müqaviləyə uyğun sığorta ödəmələri – 4% həcmində
  • Azərbaycan Respublikası ilə digər dövlətlərarası beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilən zaman rabitə və ya nəqliyyat xidmətləri üçün rezident  müəssisəninvə sahibkarın ödəmələri – 6% həcmində
  • Vergi Məcəlləsinin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər xaric, hüquqi şəxslərin və vergi ödəyicisi olan fiziki şəxslərin xidmətlərin göstərilməsindən və ya işlərin görülməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə olunan digər gəlirlər üzrə ödəmələri – 10% həcmində
  • Rezident müəssisəsinin və sahibkarın muzdlu işlə bağlı ödədiyi gəlir
Vergiyə cəlb olunan aylıq gəlir Verginin dərəcəsi
8000 manata qədər 0%
8000 manatdan çox 8000 manatdan çox olan hissənin 14%-i həcmində

 

  • İcarə haqları və royalti – Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və qeyri-rezidentin AR-dakı daimi nümayəndəliyinin ödədiyi yaxud onun adından ödənilən royaltidə gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə – ödəmə mənbəyindən 14% həcmində
  • Lotereyalardan, idman mərc oyunlarından, həmçinin digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən mükafatlardan iştirakla bağlı ödənilən pul vəsaiti çıxıldıqdan sonra qalan məbləğdən – 10% dərəcəsi ilə

Deyilənləri ümumiləşdirsək, hüquqi şəxslərə aid olan mənfəət vergisi tam həcmdə dövlət büdcəsinə, bələdiyyə mülkiyyətində olan təşkilat və müəssisələrin mənfəət vergisi isə bələdiyyə büdcələrinə ödənilir. Eyni zamanda qanunvericiliklə müəyyən olunan müxtəlif azadolmalar və güzəştlər mövcuddur. Bu barədə AR Vergi Məcəlləsinin 106-cı maddəsində göstərilən müddəalarla tanış olaraq ətraflı məlumat ala bilərsiniz.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

 

HƏMÇİNİN BAX: Vergi borcu nədir? Vergi borcu necə yaranır?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.