Riskli vergi ödəyiciləri kimlərdir?

18 Dekabr 20230

Riskli vergi ödəyicisi olmaq vergi ödəyiciləri üçün arzuolunmaz bir vəziyyətdir. Buna görə də öncədən riskli vergi ödəyiciləri və riskli əməliyyatlar haqqında məlumatlı olmaqda fayda vardır. Bu yazımızda bu anlayışlar barədə ətraflı məlumat verəcəyik. 

Riskli vergi ödəyicisinin meyarları nələrdir və necə müəyyən edilir?

Riskli vergi ödəyicisi və əmtəəsiz əməliyyat anlayışları 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə daxil edilib. Riskli vergi ödəyicisi əmtəəsiz və ya riskli əməliyyatlar aparan və Nazirlər Kabineti tərəfindən təsdiq edilən riskli vergi ödəyiciləri haqda meyarlara (aşağıda qeyd edilmişdir) cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və onların siyahıdan çıxarılması haqqında qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir.

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarına əsasən riskli vergi ödəyiciləri və riskli əməliyyatların meyarları təsdiq edilmişdir.

Qanunvericiliyə uyğun olaraq aşağıda qeyd olunan meyarlardan biri və ya bir neçəsinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

  • riskli əməliyyatlar aparan şəxslər olduqda;
  • vergi ödəyicisinin vergi nəzarəti nəticəsində əmtəəsiz əməliyyatlar aparması müəyyən edildikdə;
  • istehsalçının, idxalatçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan və ya icarəyə götürdüyü anbarı və yaxud digər təsərrüfat subyekti olmadıqda, həmçinin qeydiyyatda olan təsərrüfat subyektinin sahəsi ilə idxal və ya əldə edilən malların həcmi arasında uyğunluq olmadıqda;
  • vergi nəzarəti zamanı vergi ödəyicisi tərəfindən əldə edilən və fəaliyyət növünə uyğun olmayan malların sənədləşdirilmədən təqdim edilməsi aşkarlanarsa;
  • vergi ödəyicisinin satış məqsədlərilə son 6 ay ərzində aldığı və ya idxal etdiyi malların həcmi onun müvafiq dövr ərzində dövriyyəsindən ən az 3 dəfə çox olduqda;
  • riskli vergi ödəyicisi hesab olunan fiziki şəxsin icra orqanının təsisçisi və ya rəhbəri olduğu hüquqi şəxs;
  • edilmiş riskli vergi ödəyicisi hesab olunan hüquqi şəxsin icra orqanının təsisçisinin və ya rəhbərinin təsis etdiyi və yaxud icra orqanının rəhbəri olduğu hüquqi şəxs;
  • beşdən artıq hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər, həmçinin onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

 

Riskli əməliyyatların meyarları

Yuxarıda qeyd olunduğu kimi vergi ödəyicisi riskli əməliyyatlar həyata keçirdiyi halda riskli vergi ödəyicisi hesab olunur. Bəs vergi ödəyicisinin apardığı hansı əməliyyatlar riskli vergi əməliyyatlarıdır?

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, qanunvericiliklə müəyyən edilmiş riskli əməliyyatlar aşağıda qeyd olunmuşdur:

  • vergi ödəyicilərinin idxal etdiyi və ya aldığı malların elektron qaimə-fakturalarda fərqli qeyd olunduğu aşkar edildikdə;
  • vergi ödəyicilərinin idxal etdiyi və ya aldığı malların həcmindən artıq miqdarda mallar təqdim edilməsi halı aşkar edildikdə.

 

Riskli vergi ödəyiciləri ilə bağlı hansı məhdudlaşmalar vardır?

Vergi Məcəlləsində riskli vergi ödəyiciləri ilə bağlı aşağıdakı məhdudlaşmalar vardır:

  • Əmtəəsiz əməliyyatlar zamanı əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiqləyən sənəd hesab edilmir;
  • Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin üzərinə qoyulur;
  • Riskli vergi ödəyiciləri haqqında məlumat vergi və ya kommersiya sirri olmayan məlumat hesab edilir;
  • Əmtəəsiz və riskli əməliyyatlar üçün ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi yolverilməzdir;
  • Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini ödənildiyi tarixədək hesablamaq hüququ vardır;
  • Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir;
  • Riskli vergi ödəyicisinə vergi öhdəliyinin yerinə yetirilməsi üçün müddət uzadılmır;
  • Riskli vergi ödəyicilərinə münasibətdə artıq miqdarda ödənilən məbləğlər vergi nəzarəti tədbirləri (vergi ödəyicisinin fəaliyyəti üzrə) tam başa çatdıqdan sonra qaytarılır.

 

Riskli vergi ödəyiciləri haqqında məlumatı necə əldə etmək olar?

Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olub-olmaması ilə bağlı məlumatı linkə keçid edərək  açıq formada əldə etmək mümkündür.

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün nə etmək lazımdır?

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.