İstehlakçıların hüquqları və onların müdafiəsi necə təmin olunur?

23 Dekabr 20230

İstehlakçı şəxsi tələbatını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, həmçinin onları alan, sifariş verən, yaxud da almaq və ya sifariş vermək niyyətində olan şəxsdir. Bu yazımızda istehlakçıların hüquqları və onların dövlət müdafiəsi haqqında məlumat verəcəyik.

İstehlakçıların hansı hüquqları vardır?

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:

  • malların (xidmət, iş) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
  • istehlak etdikləri malların (iş, xidmət) lazımi keyfiyyətdə olmasına;
  • malların (xidmət, iş) təhlükəsizliyinə;
  • malların (xidmət, iş) miqdarı, çeşidi və keyfiyyəti barədə dolğun və düzgün məlumat əldə etməyə;
  • qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, insanların sağlamlığı və həyatına təhlükəli olan malların (xidmət, iş) vurduğu zərərin ödənilməsinə;
  • öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
  • ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.

İstehlakçıların hüquqlarının və maraqlarının dövlət müdafiəsi necə təmin olunur?

İstehlakçıların hüquqlarının və maraqlarının dövlət müdafiəsi ictimai iaşə, ticarət, məişət və digər xidmət normaları və qaydalarına riayət olunmasına nəzarət icra hakimiyyəti orqanı tərəfindən tənzimlənilir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş aşağıdakı funksiyaları həyata keçirir:

  • malların (iş, xidmət) müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluq dərəcisini müəyyən edir, onlara uyğunluq nişanları və uyğunluq sertifikatları verir;
  • məcburi sertifikatlaşdırılması tələb olunan malların (iş, xidmət) siyahısını müəyyən edir və sertifikat olmadan satışın qarşısını alır, onu ticarət dövriyyəsindən çıxarır;
  • texniki normativ hüquqi aktlarıntələblərinə uyğun olmayan, ətraf mühit, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan malların (iş, xidmət) idxalının, istehsalının və satışının qarşısını alır;
  • mənşəyi məlum olmayan, həmçinin yararlılıq müddəti keçmiş malların ticarət dövriyyəsindən çıxarılmamasına və ya satılmasına yol verən şəxslərin cəlb olunması üzrə tədbirlər görür;
  • istehsalı, idxalı və satışı qadağan edilmiş mallar (iş, xidmət) barədə əhaliyə vaxtında məlumat vermək üçün mediadaməlumatlar dərc edir və yayır;
  • satılan materialların, xammalın, hazır məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluq dərəcəsinin nümunələr əsasında ekspertizasını keçirir və nəticələrdən asılı olaraq lazımi tədbirlər görür.
  • qidaməhsullarının və dərman vasitələri və digər malların qablaşdırılarkən sanitar-gigiyena və toksikologiya, həmçinin möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə olunmasına nəzarəti həyata keçirir və istifadə qaydaları barədə xəbərdarlıq olmadan satışının qarşısını alır;
  • saxtalaşdırılmış malların istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini və həmin malların ticarət dövriyyəsindən çıxarılmasını təmin edir;
  • malların (iş, xidmət) icra hakimiyyəti orqanının təsdiq etdiyi, və yaxud istehsalçı tərəfindən tövsiyə edilən qiymətlərlə satılmasına nəzarət edir;
  • qiymətli metalların, daşların və onlardan hazırlanan zərgərlik məmulatlarının qanunvericiliklə müəyyənləşdirilmiş satış qaydalarına riayət olunmasına nəzarət edir;
  • satıcılar tərəfindən qiymətdə, çəkidə, hesablaşmalarda aldadılması, mallar haqqında yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması haqda alıcıların müraciətlərinə baxır və onların şikayətlərini araşdırır, nəticələr üzrə lazımi tədbirlər görür;
  • malların (iş, xidmət) istehsalı, idxalı, ixracı və satışı ilə məşğul olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri haqqında məlumatlar alır;
  • satılan malların (iş, xidmət) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişləndirilməsilə bağlı təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.

İstehlakçıların hüquqlarının müdafiəsi necə həyata keçirilir?

İstehlakçıların hüquqlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.

İstehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət icra hakimiyyəti orqanlarının qərarlarına, vəzifəli şəxslər və onların hərəkətlərinə qarşı şikayətlərə baxılır. Bu zaman vəzifəli şəxslərinin qərarlarının yerinə yetirilməsi və hərəkətlərinin icrası dayandırılmır. Onların öz vəzifəsini icra etməsinə və vəzifələrin icra edilməsinə müdaxilənin qarşısının alınmasına hüquq-mühafizə orqanının işçiləri köməklik göstərir.

İstehlakçıların hüquqlarının müdafiəsi, tələblərinin yerinə yetirilməsi və dəymiş mənəvi zərərin ödənilməsi məhkəmə tərəfindən tənzimlənilir. Qanunvericiliklə müəyyən olunmuş hüquqlarının pozulması ilə əlaqədar iddia qaldıran istehlakçılar dövlət rüsumu verməkdən azaddırlar.

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Elektron qaimə – faktura necə hazırlanır və necə doldurulur?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.