Sadələşdirilmiş vergi ödəyicisi hüququ olan şəxslər
Qanunvericiliyə uyğun olaraq aşağıda qeyd olunan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ vardır:
- Vergi Məcəlləsinin uyğun müddəalarının nəzərə alınmasıyla ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və ardıcıl olaraq 12 aylıq dövr ərzində istənilən ayda vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan daha az olan şəxslər;
- Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl olaraq 12 aylıq dövr ərzində istənilən ayda 200.000 manatdan çox olan ictimai iaşə fəaliyyəti göstərən şəxslər.
Qanunla nəzərdə tutulmuş sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olan vergi ödəyicisi hər il aprelin 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və hüquqlardan istifadə etməyəcəyi haqda yazılı məlumatı vergi orqanına təqdim etməlidir. Vergi Məcəlləsinin 218.4-cü maddəsində qeyd olunan vergi ödəyiciləri istisnadır.
Vergi ödəyicisinin təqvim ilinin sonuna qədər seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi nəzərdə tutulan müddətdə yazılı məlumatı və ya bəyannaməni təqdim etmədikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinin öncəki vergi ilində seçdiyi metod tətbiq edilir. Vergi ödəyicisi il ərzində yeni fəaliyyətə başladıqda vergi uçotuna durmaq üçün ərizədə göstərdiyi metodu tətbiq edir.
Vergi ödəyicisinin ƏDV qeydiyyatı Vergi Məcəllənin 158.2-ci maddəsində nəzərdə tutulan qaydada ləğv edildikdə, o, öz fəaliyyətini Vergi Məcəllənin 218.1.1-ci maddəsinə uyğun olaraq (yuxarıda birinci) və ya mənfəət vergisi ödəyicisi olaraq davam etdirməklə bağlı müraciət edə bilər.
Vergi Məcəllənin 218.1.2-ci maddəsində (yuxarıda ikinci) qeyd olunan şəxslərin vergiyə cəlb edilən əməliyyatlarının toplam məbləği əvvəlki 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmadığı və vergi ödəyicisinin azı 1 il ərzində bu rejimdə fəaliyyət göstərdiyi halda, o, istənilən vaxt fəaliyyətini Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq və ya mənfəət vergisi ödəyicisi olaraq davam etdirməklə bağlı müraciət edə bilər.
Kimlər sadələşdirilmiş vergi ödəyicisidir?
Aşağıda qeyd olunan şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:
- Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, beynəlxalq sərnişin daşımaları istisna olmaqla mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə AR ərazisində sərnişin daşımalarını (o həmçinin taksi ilə) həyata keçirən şəxslər;
- idman mərc oyunlarının operatoru və satıcıları, lotereya təşkilatçısı və biletlərin satıcıları olan şəxslər;
- mülkiyyətində olan qeyri-yaşayış və yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;
- Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd olunan fəaliyyət növlərini fərdi qaydada həyata keçirən fiziki şəxslər. (işçi cəlb edən fiziki şəxslər istisna);
- mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsi ilə məşğul olan fiziki şəxslər.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan şəxslər
Aşağıda qeyd olunan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:
- aksizli və məcburi nişanlama ilə nişanlanmalı mallar istehsal edən şəxslər;
- sığorta bazarının peşəkar iştirakçıları, kredit təşkilatları, investisiya fondları və onların idarəçiləri, lombardlar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər;
- qeyri-dövlət pensiya fondları;
- royaltidən və əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təbii inhisar subyektləri;
- mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan çox olan şəxslər;
- publik hüquqi şəxslər;
- rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) ortasayı rüb ərzində 10 nəfərdən çox olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər;
- topdansatış ticarət fəaliyyəti qaydası ilə malların təqdim edilməsini həyata keçirən şəxslər;
- vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə görülən xidmətlərdən və işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər;
- qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışı ilə məşğul olan şəxslər;
- xəz-dəri məmulatlarının satışı ilə məşğul olan şəxslər;
- lisenziya tələb edilən fəaliyyət ilə məşğul olan şəxslər. (icbari sığorta müqavilələri ilə bağlı xidmət göstərən şəxslər istisna).
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: ƏDV-nin 0 dərəcə ilə tutulması nə deməkdir və necə tətbiq olunur?