Bazar qiyməti malın (xidmət, iş) tələblə təklifin qarşılıqlı təsiri ilə müəyyən olunan qiyməti deməkdir.
Vergi Məcəlləsi ilə müəyyən olunan başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edilir. Bu qiymət, həmçinin bazar qiyməti kimi qəbul edilir.
Bazar qiyməti nəzərə alınaraq vergilərin hesablanması
Bazar qiyməti nəzərə alınaraq vergilərin hesablanması aşağıda qeyd olunan hallarda həyata keçirilə bilər:
- barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda;
- təsərrüfat əqdləri qarşılıqlı asılı olan şəxslər arasında həyata keçirildikdə;
- 30 gün ərzində vergi ödəyicilərinin eyni cinsli və ya eyni xüsusiyyətli mallara (xidmət, iş) tətbiq etdikləri qiymətlərin səviyyəsi, təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilərnəzərə alınmaqla, bazarda analoji mal (xidmət, iş) üçün uyğun əməliyyatlar zamanı qiymətlərin səviyyəsinən
- tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən,
- topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən,
- digər fəaliyyət sahələrində30 faizdən çox (yuxarı və ya aşağı) fərqləndikdə;
- müəssisənin əmlakı qalıq dəyərindən yüksək qiymətə sığortalandığı halda;
- daşınmaz əmlakın aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi ehtiyacı yarandıqda;
- vergi nəzarəti tədbiri zamanı malların (xidmət, iş) təqdim edilməsinə dair sənədlər mövcud olmadıqda və ya vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə.
Bazar qiymətinə təsir edən amillər
Malların (xidmət, iş) bazar qiymətləri müəyyən edilən zaman aşağıda qeyd olunan amillər qiymətə təsir edir:
- göndərilmiş malların (göstərilmiş xidmətlərin, görülmüş işlərin) həcmi (əmtəə partiyasının həcmi);
- öhdəliklərin yerinə yetirilməsi müddəti və ödəniş şərtləri;
- mallara (xidmət, iş) tələb və təklifin dəyişməsi, (istehlakçı tələbinin mövsümdən asılı olaraq artıb-azalması);
- malların mənşə ölkəsi, təqdim edildiyi və ya alındığı yer;
- malların (xidmət, iş) göndərilmə şərtləri;
- malların keyfiyyətinin və istehlak göstəricilərinin səviyyəsi;
- marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq malların (xidmət, iş) yeni bazara çıxarılması, analoqu olmayan yeni malların (xidmət, iş) bazara çıxarılması, istehlakçıların tanış olması üçün əmtəə nümunələrinin təqdim edilməsi;
- xidmətlərin göstərilməsi, işlərin görülməsi, təmir, tikinti, quraşdırma işləri, təhsil, icarə, nəqliyyat, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilən zaman xidmətlərin göstərildiyi, işlərin görüldüyü ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən bütün şərtlər nəzərə alınır.
Malların (xidmət, iş) keyfiyyəti ilə bağlı qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilən zaman keyfiyyətin səviyyəsi təsdiq olunmalıdır.
Qiymətləndirmə üsulları
Eyni cinsli və ya eyni xüsusiyyətli mallarla (xidmət, iş) müvafiq əmtəə bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bazar qiymətləri barədə məlumat toplamaq mümkün olmadıqda, aşağıda qeyd olunan qiymətləndirmə üsullarından istifadə edilə bilər:
Sonrakı satış qiymətinə əsasən. Malların (xidmət, iş) bazar qiyməti həmin malların təkrar satış qiymətinə əsasən müəyyənləşdirilir. Təkrar satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla bazar qiyməti müəyyənləşdirilir.
Dəyərin toplanması üsulu. Bazar qiymətləri malları (xidmət, iş) təqdim edənin mənfəətini və əsaslandırılmış xərclərini toplamaqla hesablanır.
Bazar qiymətlərini göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.
Müəyyənləşdirilmiş bazar qiymətlərindən vergitutma məqsədləri üçün istifadə edilir. Mallar (xidmət, iş) qanunvericiliklə müəyyən olunan qaydada faktiki satış qiyməti ilə uçota alınır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.