Mühasibatlıq xidmətləri nə üçün lazımdır?

20 Fevral 20240

Mühasibatlıq xidmətləri bir şəxsə və ya şirkətə maliyyə proseslərinin həyata keçirilməsində kömək etmək üçün göstərilən xidmətlərdir. Bu xidmətlər vasitəsilə şəxs və ya şirkətlər öz xidmətlərinin və ya məhsullarının satışı, hər hansı hüquqi və ya digər məsələlərdə qanuna uyğun maliyyə proseslərinin həyata keçirilməsi ilə bağlı məsləhətlər ala və peşəkar yardımından istifadə edə bilərlər. Mühasibatlıq xidmətləri maliyyə hesabatlarının yaradılması, məlumatların düzgünlüyünün qiymətləndirilməsi, şirkətin maliyyə göstəricilərinin təhlili, hesabatların lazım olan quruluş və ya şəxlərə təqdim olunması kimi prosesləri əhatə edir. Bu xidmət sahəsi çox genişdir və fərqli xidmət növlərini ehtiva edir. Bu yazımızda mühasibatlıq xidmətlərinə aid olan bir neçə xidmət növləri və bu xidmətlərə nə üçün ehtiyac olduğu barədə ümumi məlumat verəcəyik.

Hansı mühasibatlıq xidmətləri vardır?

  1. Maliyyə hesabatlarının hazırlanması. Gündəlik, həftəlik, aylıq və illik maliyyə hesabatlarının aparılması şirkətin atdığı addımların onun gələcəkdəki mövqeyinə necə təsir edəcəyini müəyyənləşdirməyə kömək edir. Maliyyə planlaşdırmasının nəticələri hesabatlarla təhlil edilərək yeni strategiyalar hazırlanır və ya mövcud strateyi dəyişikliklər aparılır. Düzgün maliyyə idarəsi gəlir və xərc arasındakı balansı müəyyən edir və şirkətin uğurunu təmin edir. Maliyyə hesabatları həmçinin şirkət ilə maraqlanan investorlar və digər şəxslər üçün şirkətin maliyyə fəaliyyəti haqqında məlumat verir.
  2. Vergi ilə bağlı məsələlərdə dəstək göstərilməsi. Müxtəlif növ vergilərin vaxtında ödənilməsi, vergi hesabatlarının hazırlanması, bu hesabatların lazımı orqanlara vaxtında və düzgün təqdim olunmasını əhatə edir. Həmçinin vergi gecikmələri zamanı yarana biləcək cərimə və ya maliyyə sanksiyalarının qarşısını qabaqcadan almağa kömək edir. Bu halların yaranması zamanı isə lazım olan hüquqi xidmətlərin göstərilməsi xidmətlərini əhatə edir.
  3. Audit xidmətləri. Hər bir şirkətdə maliyyə məsəsələri ilə əlaqədar mühasiblər fəaliyyət göstərir. Lakin bəzən şirkətlər müasir iş dünyasında öz maliyyə hesabatlarının mövcud standartlara və qaydalara uyğunluğunu yoxlamaq istəyir. Bunun üçün audit xidmətlərindən istifadə edirlər. Audit xidməti bir növ maliyyə nəzarəti və yoxlanması prosesidir. Şirkətlər bu xidmət növündən istifadə etməklə hesabatların hazırlanması və digər maliyyə məsələləri ilə bağlı daxili proseslərə olan şübhə hissini aradan qaldırır və güvən və əminlik hissini yeniləmiş olurlar.
  4. Gömrük məsələləri ilə bağlı dəstək. Gömrükdən malların vaxtında keçirilməsi, idxal-ixrac əməliyyatları zamanı malların rəsmiləşdirilməsi kimi əməliyyatlar bu xidmətlərə daxildir. Eyni zamanda xarici iqtisadi müqavilələrin hazırlanması və əməliyyatların düzgün rəsmiləşdirilməsi, gömrük ekspertizalarının keçirilməsi, məhsulların bəyan edilməsi kimi xidmətlər də bura aiddir.
  5. Biznes konsultasiya. Bir şirkətin inkişafını, öz məqsədlərinə çatmaq üçün lazım olan strategiyaları əldə etməsi üçün aldığı məsləhət və xidmətlərdir. Konsultasiyalar zamanı bir şirkətin cari və başlanğıc planları təhlil edilir. Əlavə inkişaf planları, biznesin effektiv idarəsi və mənfəətini artırması üçün yollar araşdırılır. Şirkəti bazardakı rəqiblərindən fərqləndirən xüsusiyyətləri üzə çıxarılaraq müvafiq dəstək göstərilir.

Mühasibatlıq xidmətlərindən istifadə etməyin üstünlükləri

Mühasibat xidmətlərindən istifadənin bir çox səbəbləri  və üstünlükləri vardır:

  • Maliyyə məsələlərinə düzgün nəzarətə imkan verir.
  • Maliyyə hesabatlarının qanuna uyğunluğunu təmin edir.
  • İnverstor və digər qurumların dəyişiklik və yeniliklərdən xəbərdar olmasını təmin edir.
  • Maliyyə səlahiyyətlərinin artırılmasını təmin edir.
  • Maliyyə analizi və proqnozlaşdırmağa imkan verir.

Bu xidmətlərdən istifadə edərək şirkətiniz üçün yuxarıda qeyd olunan üstünlüklərdən faydalana bilərsiniz.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Bazar qiyməti nədir?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.