Gömrük kalkulyatoru malların ölkə daxilinə idxalı və ya ixracı ilə bağlı vergilərin, komissiya və ya əlavə xərclərin hesablanmasını asanlaşdıran alətdir. Bu alət məhsulları beynəlxalq bazara çıxarmaq, gömrük vergiləri, idxal və ixrac, daşınma və digər xərclərin öncədən təxmin edilməsi üçün əvəzolunmazdır. Hesablamalar malların mənşə ölkəsi, idxal və ixrac edilən malların miqdarı və həcmi kimi bir neçə faktorlara əsasən təyin olunur. Eyni zamanda hər bir malların vegiləndirilməsi ilə bağlı məslələr də diqqətə alınır. Gömrük kalkulyatoru vasitəsilə lazımlı məlumatları daxil edərək hər kəs gömrük rüsumunu özü hesablaya bilər.
Gömrük kalkulyatoru ilə nəqliyyat vasitələrinin keçirilməsi zamanı hesablanmaların aparılması
Gömrükdən malların keçirilməsi ilə bağlı ən çox axtarılan məsələlərdən biri nəqliyyat vasitələrinin keçirilməsidir. Fiziki şəxslər gömrükdən nəqliyyat vasitələri keçirən zaman rüsümu öyrənmək üçün kalkulyatora aşağıda göstərilən məlumatları daxil edirlər:
- Nəqliyyat vasitəsinin növü
- Mühərrikin növü
- İnvoys dəyəri
- Nəqliyyat xərci
- Mühərrikin həcmi
- Digər xərclər
- İstehsal tarixi
Nəqliyatın mənşə ölkəsi və ya onu göndərən ölkə haqqında isə həmin vasitənin azad ticarət sazişi bağlanan ölkədə istehsal olunub oradan gətirilməsi halında uyğun seçim işarələnir. Əks halda “digər ölkə” seçilir.
Gömrük kalkulyatoruna əlavə edilən bu məlumatlar əsasında xərclərin hesablamasını aparan şəxsin qaşısındakı pəncərədə aşağıdakılar hesablanaraq qeyd olunur:
- İdxal gömrük rüsumu
- ƏDV
- Gömrük yığımları
- Aksiz vergisi
- Vəsiqə haqqı
- Elektron gömrük xidməti haqqı
- Elektron gömrük xidməti üzrə ƏDV
- Utilizasiya haqqı
Gömrük kalkulyatorundan istifadə edərək digər malların gömrük xərclərinin hesablanması
Digər malların sərhəddən keçirilməsi zamanı isə aşağıdakı məlumatları doldurmaq lazımdır:
- Malın XİF MN kodu
- Prosedur (idxal və ya ixrac)
- Malın adı
- İnvoys dəyəri
- Nəqliyyat xərci
- Digər xərclər
- İmtiyaz
Bu məlumatları da doldurduqdan sonra qarşıya çıxan pəncərədə hesablanmış ödənişlər qeyd olunur:
- İdxal gömrük rüsümu
- ƏDV
- Aksiz
- Gömrük yığımları
- Vəsiqə haqqı
- Elektron gömrük xidməti haqqı
- Elektron gömrük xidməti üzrə ƏDV
Gömrük kalkulyatoru alətlərinin bizneslər üçün faydaları
Xərclərin təxmin edilməsi. Gömrük kalkulyatorundan istifadə idxal və ixrac fəaliyyəti olan bizneslər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu kalkulyatorun istifadəsi imkan verir ki, qarşılaşacaqları xərclər öncədən müəyyən edilsin. Bu da bizneslər üçün maliyyə planlamasının idarə olunmasında vacib amildir.
Beynəlxalq ticarətin asanlaşması. Gömrük kalkulyatoru beynəlxalq ticarət əlaqələri qurmaq üçün bizneslərə bu əlaqələrdən əldə edəcəkləri mənfəəti hesablamaq fürsəti verir və büdcə planlamasını həyata keçirmək üçün faydalıdır. Karlı bir iş olduğunu hesablamalarla müəyyən edən bizneslərin dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin yaranmasına və mövcud əlaqələrin genişlənməsinə səbəb olur.
Müştərilərə daha yaxşı xidmət. Gömrük kalkulyatoru bizneslərə öz müştərilərinə daha yaxşı xidmət etmələri üçün imkan yaradır. Belə ki, müştərilərə doğru qiymət təklifi etmək üçün gömrük və digər maliyyə hesablamalarının öncədən hesablana bilən olması əhəmiyyətlidir.
Bunları nəzərə alaraq deyə bilərik ki, gömrük kalkulyatoru idxal və ixrac proseslərindəki qarışıq görünən maliyyə hesablamasının həyata keçirilməsində ən güclü alətdir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.