Kassa metodu ilə gəlirin və xərcin uçotu

27 Mart 20240

Kassa metodu gəlir və xərclərin uçotu üçün 2 əsas metoddan biridir. Bu məqaləmizdə kassa metodu ilə uçotun əsas prinsipləri, gəlirin əldə edilməsi və xərcin çəkilməsi vaxtları haqda məlumat əldə edə bilərsiniz.

Gəlirin və xərcin uçotu qaydası

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi sənədləşdirilmiş məlumat əsasında vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi məqsədi üçün gəlirlərinin və xərclərinin dəqiq və vaxtlı-vaxtında uçotunu aparmağa, həmçinin tətbiq edilən uçot metodundan asılı olaraq əldə edildiyi gəlirlərini və ya çəkildiyi xərclərini müvafiq hesabat dövrlərinə aid etməlidir. İstifadə olunan uçot metodunda vergi ödəyicisi tərəfindən daxilolmaların və xərclərin müddətləri və uçotu qaydasına qoyulmuş bütün tələblərə riayət edilməlidir.

Qanunvericiliyə uyğun olaraq:

  • mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, xərclərin və gəlirlərin uçotunu iki metoddan biri – hesablama və ya kassa metodu ilə;
  • kiçik, orta və iri sahibkarlıq subyektləri isə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparırlar.

Vergi ödəyicisi vergi ili ərzində seçdiyi eyni metodu tətbiq etməlidir.

Kassa metodu ilə xərcin və gəlirin uçotu prinsipləri

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəlirini əldə edəndə və ya gəlir onun sərəncamına verilən zaman, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Kassa prinsipinə əsasən gəlir və əməliyyat müştərilərdən alındığı zaman əks olunur. Xərclər isə pul vəsaitləri təchizatçılara və əməkdaşlara və təchizatçılara ödənildiyi zaman göstərilir.

Kassa metodu istifadə olunan zaman gəlirin əldə edilməsi vaxtı

Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmələr zamanı isə pul vəsaitinin bankda, elektron pul və ya digər kredit təşkilatında onun hesabına, qeyd olunan vəsaiti almaq hüququna olan hesaba, yaxud da sərəncamçısı ola biləcəyi digər hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt hesab olunur.

Vergi ödəyicisinin maliyyə öhdəliyinin ödənildiyi və ləğv edildiyi halda öhdəliyin ödənildiyi və ləğv edildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda)

Kassa metodu istifadə olunan zaman xərcin çəkilməsi vaxtı

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı xərcin faktiki olaraq çəkildiyi vaxt sayılır. (qanunvericiliklə müəyyən olunan digər hallar nəzərdə tutulmadığı hallarda)

Vergi ödəyicisinin pul vəsaitini ödədiyi halda, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmələr zamanı isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, elektron pul və ya digər kredit təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt hesab olunur.

Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ödənildiyi və ya ləğv edildiyi halda (qarşılıqlı hesablaşmalar zamanı və bu kimi digər hallarda), öhdəliyin ödənildiyi və ya ləğv edildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

Əmlakın icarəyə götürülməsi qarşılığında ödəmə həyata keçirilən zaman icarə müqaviləsinin müddəti və ya borc öhdəlikləri üzrə faizlər ödənilən zaman borc öhdəliyinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, bu zaman hesabat ilində gəlirdən çıxılması hesablanan və faktiki ödənilən icarə haqqının məbləği o il üçün hesablanan icarə haqqının məbləği deməkdir.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Dividend nədir?

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.