Cəmiyyətin nizamnamə fondu
Açıq tipli cəmiyyətlərin nizamnamə fondunun minimal həcmi 10 milyon manat, qapalı tipli cəmiyyətlərin nizamnamə fondunun minimal həcmi isən 5 milyon manat məbləğində müəyyən edilir. Nizamnamə fondunun məbləği bir il müddətində formalaşmalıdır və səhmlər dövlət qeydiyyatından keçirilməlidir.
Səhmdarların ümumi yığıncağının qərarına əsasən nizamnamə fondunun məbləği dəyişdirilə bilər. Bu məsələyə ilə bağlı ümumi yığıncaq çağırılır. Yığıncağın çağrılması barədə məlumatda aşağıda qeyd olunanlar əks olunmalıdır:
- nizamnamə fondunun dəyişdirilməsinin səbəbi, dəyişdirilmə üsulu və dəyişdirilmənin məbləği;
- cəmiyyətin nizamnamə fondunun dəyişdirilməsi ilə bağlı nizamnamədə nəzərdə tutulmuş dəyişikliklərin layihəsi;
- yeni buraxılacaq səhmlərin miqdarı, nominal dəyəri və səhmlərin ümumi məbləği;
- yeni buraxılacaq səhmlərə abunə yazılışının müddəti.
Cəmiyyət əvvəl buraxdığı səhmlərin nominal dəyərindən az olmamaqla ödənmiş olduğu hallarda öz nizamnamə fondunu artıra bilər. (əmlak verilməsi yolu ilə fondun artırılması halları istisnadır).
Nizamnamə fondunun artırılmasının yolları aşağıdakılardır:
- yeni səhmlərin buraxılması;
- istiqraz vərəqələrinin səhmlərə dəyişdirilməsi;
- səhmlərin nominal dəyərinin artırılması.
Nizamnamə fondunun dəyişdirilməsi – artırılması və azaldılması haqqında qərar cəmiyyətin nizamnaməsi ilə müəyyən olunan qaydada qəbul olunur.
Nizamnamə fondunun azaldılması yolları aşağıdakılardır:
- səhmlərin nominal dəyərinin azaldılması ilə;
- səhmlərin dövriyyədən çıxarılıb ləğv edilməsi ilə.
Səhmdarların ümumi yığıncağının qərarına uyğun olaraq cəmiyyətin nizamnaməsi ilə müəyyən olnan qaydada nizamnamə fondunun azaldılması məqsədi ilə bir il ərzində ləğv edilməyə təqdim olunmamış səhmlər etibarsız hesab olunur. Bu zaman paylar geri qaytarılır.
Cəmiyyətin zərərinin ödənilməsi üçün səhm buraxmağı qadağandır.
Açıq tipli səhmdar cəmiyyəti öz fəaliyyəti haqqında AR Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il kütləvi informasiya vasitələri vasitəsilə məlumat verməlidir. Dərc olunmuş məlumatın dürüstlüyü ilə bağlı məsuliyyəti həmin səhmdar cəmiyyəti və məsul şəxsləri daşıyır.
Cəmiyyətin səhmləri
Səhmlər bölünməzdir. Əgər bir səhm bir neçə şəxsə məxsus olarsa, onlar hamısı cəmiyyət qarşısında bir şəxs kimi çıxış edirlər.
Səhmlər təqdim edənə və adlı olur. Səhmlər onların dəyəri tam ödənildiyi halda verilir. Fiziki şəxslər yalnız adlı səhmlərin sahibi ola bilərlər.
Cəmiyyət imtiyazlı səhm buraxa bilər. Bu səhmlərin ümumi məbləği nizamnamə fondunun 10 faizindən artıq ola bilməz. İmtiyazlı səhm sahibləri səsvermə hüququna malik deyildirlər. (cəmiyyətin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa)
Cəmiyyət öz səhmlərini işçiləri arasında satmaq, yenidən satmaq, dövriyyədən çıxarmaq, yaxud yenidən satmaq məqsədi ilə onları geri satın ala bilər. Bu zaman geri alınmış səhmlər bir il müddətində satılmalıdır.
Bu müddət ərzində mənfəətin bölüşdürülməsində və cəmiyyətin ümumi yığıncağında səsvermədə bu səhmlər nəzərə alınmır.
Cəmiyyətin ehtiyat fondu
Cəmiyyətdə nizamnamə ilə müəyyən olunan həcmdə, balans mənfəətindən ayırmalar hesabına ehtiyat fondu yaradılır. Nizamnamədə ayırmaların konkret həcmi mənfəətin 5—10 faizi çərçivəsində nəzərdə tutulmalıdır.
Ehtiyat fondunun maksimum həcmi nizamnamə fondunun 25 faizdən çox, minimum həcmi isə 15 faizindən az olmamalıdır.
Cəmiyyətin əmlakı
Cəmiyyət təsərrüfat fəaliyyəti nəticəsində qazanılmış gəlirin, istehsal olunmuş məhsulun, səhmdarların (təsisçilərin) ona verdiyi əmlakın, eyni zamanda qanunvericilikdə icazə veriliən əsaslarla əldə edilən əmlakın sahibidir.
Səhmdarlar (təsisçilər) öz paylarını nizamnamə fonduna qiymətli əşyalar, bina, avadanlıq, qiymətli kağızlar, sudan, torpaqdan və digər təbii ehtiyatlardan istifadə hüquqları, pul vəsaiti, həmçinin xarici valyuta şəklində verə bilərlər.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Səhmdar cəmiyyəti nədir və necə təsis edilir?