Maliyyə hesabatlarının hazırlanması

28 Aprel 20240

Maliyyə hesabatlarının hazırlanması üçün müxtəlif mərhələlərdən keçmək lazımdır. Bu yazımızda bu mərhələlərdən və maliyyə hesabatlarının əhəmiyyətindən danışdıq.

Maliyyə hesabatlarının hazırlanması nə üçün lazımdır?

Maliyyə hesabatları bir şirkətin maliyyə və iqtisadi performansını ölçmək üçün vacib sənədlərdir. Maliyyə hesabatları, şirkətin maliyyə sağlamlığını ölçmək, gəlir və xərclərini izləmək, xərcləri minimum endirmək və düzgün planlaşdırmaq, gəlir artımını təşkil etmək, investisiya qərarları vermək və bütün bu proseslərin qanunvericiliyə və standartlara uyğunluğunu yoxlamaq üçün istifadə olunur. Maliyyə hesabatlarının hazırlanması məsələsi şirkətin əməkdaşları, investorları, auditorları, bankları və digər tərəfləri maraqlandırır.

Maliyyə hesabatlarının hazırlanması mərhələləri

Maliyyə hesabatlarının hazırlanması prosesi, geniş aspektdə maliyyə və iqtisadi məlumatların toplanması, təşkil edilməsi, təhlil edilməsi, hazırlanması, yoxlanılması və təsdiqi və təqdimatı ilə bağlıdır. Bu prosesin əsas mərhələləri aşağıdakıları əhatə edir:

Məlumatların toplanması

Maliyyə hesabatlarının hazırlanmasında ilk mərhələ məlumatların toplanması mərhələsidir. Məlumatlar saxlanıldığı müxtəlif məlumat sistemlərindən, həmçinin bank hesablarından, alış və satışı müəyyən edən çeklərdən və s. bir yerə toplanır. Bu mərhələdə məlumatların tam və düzgün olmağına əmin olmaq lazımdır. Məlumatın qeyri-tam olması və ya səhv məlumatlar hesabatların düzgün hazırlanmamasına səbəb ola bilər ki, bu da böyük itkilərə səbəb ola bilər.

Məlumatların sistemləşdirilməsi

Bu mərhələdə gəlir və xərclər sistemli bir şəkildə qruplaşdırılır. Bu, toplanan məlumatların maliyyə əməliyyatlarına uyğunluğunu ölçməyə kömək edir. Gəlir və xərclər, aktivlər, kreditlər və s. kimi qruplaşmalar aparılır. Bu cür sistemləşdirmə həm də məlumatları daha anlaşıqlı edir və əlçatan olmasını sürətləndirir.

Məlumatların təhlili

Sistemləşdirilmiş məlumatlar, müəyyən təhlil metodları ilə işlənilir. Məlumatların təhlili dəyişiklikləri və yenilikləri, mənbələri və müştəri davranışını anlamağı, maliyyə və faiz dərəcələrini qiymətləndirməyi və strateji qərarları verməyi təmin edir. Şirkətin maliyyə performansını ölçməyə və mövcud maliyyə hadisələrinin səbəblərini aydınlaşdırmağa və analiz etməyə imkan verir.

Hesabatların hazırlanması

Təhlilin nəticələrinə əsasən maliyyə hesabatları hazırlanır. Bu hesabatlar əsasən əsas maliyyə tablolarını, gəlir və xərclərin hesabatlarını, nağd və ya kassa axını hesabatlarını, uçot siyasətini, kapitalda dəyişiklikləri, pul vəsaitlərinin hərəkətini əhatə edir. Hesabatların hazırlanması zamanı bu hesabatların yerli və beynəlxalq maliyyə standartlarına uyğunluğun təmin edilməsi vacib məsələdir. Bu, həmçinin investorların və ya digər maraqlı şəxslərin bir şirkətin maliyyə hesabatlarının digər şirkətlərlə müqayisə meyarlarını müəyyənləşdirmələrini və gələcəkyönümlü qərarlar verməsini asanlaşdırır.

Audit və təsdiqlənmə

Hazırlanmış hesabatlar auditorlar tərəfindən yoxlanılır. Audit zamanı hesabatların doğruluğu, məlumatların güvənliyi və qanunvericiliyə uyğunluğu yoxlanılır. Həmçinin də auditorlar hesabatların maliyyə standartlarına uyğunluğu yoxlayır və məlumatların dəqiqliyini və ya digər aspektləri qeyd edir.

Hesabatların təqdimatı

Audit prosesi tamamlandıqdan sonra, hesabatlar müvafiq maraqlı tərəflərə təqdim olunur. Bu proses şirkətin maliyyə performansını dəyərləndirmək üçün müvafiq tərəflərə məlumat təqdim etməyi əhatə edir. Hesabatların təqdimatı geniş cəmiyyətə, tərəfdaşlara, investorlara, auditorlara, banklara və digər maraqlı tərəflərə təqdim edilir.

Son olaraq:

Maliyyə hesabatlarının hazırlanması prosesi, maliyyə, mühasibatlıq və iqtisadiyyat sahəsində peşəkarlıq tələb edir. Buna görə də bir şirkətin maliyyə hesabatlarının doğru, dəqiq və etibarlı olması üçün təcrübəli şəxs və ya bu işi görən şirkətlərə müraciət etmək düzgün addımdır.

Biz bu xidmətləri sizlərə tqdim edirik.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: ERP Sistemləri Nədir?

 

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.