İşçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir və məhdudlaşdırla bilməz.
Peşəsindən, əmək müqaviləsinin müddətindən və əmək şəraitindən asılı olmayaraq işçilərin məzuniyyətdən istifadə etmək hüququ vardır. Həmçinin də əvəzçiliklə əlavə iş yerində çalışan işçilər Əmək Məcəlləsi ilə müəyyən edilən məzuniyyət növlərindən istifadə etmək hüququna malikdirlər.
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
İşçilər məzuniyyətə çıxdığı müddətdə onların iş yerləri, vəzifələri və orta aylıq əmək haqqı saxlanılır. Bu müddətdə işəgötürən tərəfindən işçinin intizam məsuliyyətinə cəlb edilməsi və əmək müqaviləsinin pozulması halları yolverilməzdir. Məzuniyyətdə olduqları müddət işçilərin ixtisası üzrə və əmək stajına daxil edilir.
Məzuniyyətin növləri
İşçilər aşağıdakı məzuniyyət növlərindən istifadə edə bilər:
- əmək məzuniyyəti – əsas və əlavə məzuniyyətlər;
- sosial məzuniyyət;
- təhsil və yaradıcılıq məzuniyyəti – təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün;
- ödənişsiz məzuniyyət.
Əmək müqaviləsində, kollektiv müqavilələrdə digər məzuniyyət növləri də nəzərdə tutula bilər.
Əmək məzuniyyəti və onun verildiyi iş ili
Əmək məzuniyyəti – işçinin işçinin sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əmək qabiliyyətinin bərpası, normal istirahəti üçün işdən ayrılmaqla istifadə etdiyi müddəti nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddətini hesablamaq üçün təqvim günü istifadə olunur.
Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və əmək stajına və istehsalnvə əməyin xarakterinə görə, uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarətdir. Bu məzuniyyətlər birlikdə və ya ayrılıqda verilə bilər.
Əmək məzuniyyəti müvafiq iş ili üçün verilir. İş ili balaması işçinin işə götürüldüyü gündən hesablanır və növbəti ilin həmin günü bitmiş hesab olunur. Bir iş ilinə görə bir əmək məzuniyyəti verilir. Əgər işçinin təqvim ili ərzində iki iş ili üçün məzuniyyət hüququ olarsa, bu zaman həmin təqvim ilində bu hüququndan birlikdə və ya ayrılıqda istifadə edə bilər.
Əsas məzuniyyət və onun müddətləri
Əsas məzuniyyət – işçinin əmək müqaviləsində göstərilmiş peşəsi üzrə minimum müddəti 21 təqvim günü və 30 təqvim günü nəzərdə tutulmuş məzuniyyətdir.
Ödənişli əsas məzuniyyət üçün müddət 21 təqvim günündən az olmamalıdır.
Aşağıdakı işçilərin isə ödənişli əsas məzuniyyəti 30 təqvim günü müddəti üçün ödənilməlidir:
- kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
- məsul vəzifələrdə (işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçəndövlət qulluqçularına, müəssisənin mütəxəssislərinə və rəhbər işçilərinə;
- təhsil müəssisəsində (xüsusi təhsil müəssisələri istisna olmaqla) pedaqoji iş aparmayan rəhbər işçilərə, məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, inzibati-tədris heyəti işçilərinə;
- təhsilmüəssisələrinin metodistlərinə, istehsalat təlimi ustalarına, baş ustalarına, kitabxanaçılarına, təlimatçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dəyişək xidmətçilərinə, dayələrə, bədii rəhbərlərinə;
- elmi dərəcəsi olmayan elmi işçilərə;
- həkimlərə, əczaçılara və orta tibb işçilərinə.
Natamam iş vaxtı şəraitində işləyən işçilərə əmək məzuniyyəti yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində verilir.
Mövsümi işlərdə işləyən işçilərin əsas məzuniyyəti mövsümün sonunda hər iş ayı üçün iki təqvim günündən az olmayaraq hesablanır.
Əgər iş günü hesab olunmayan bayram günləri əmək məzuniyyəti dövrünə təsadüf edərsə o günlər məzuniyyətin təqvim günlərinə daxil olmadığı üçün ödənilmir.
Əmək stajına görə əlavə məzuniyyətlərin verilmə qaydası və müddəti
Əmək stajından asılı olaraq işçilərə əlavə məzuniyyət aşşağıdakı müddətə verilir:
- əmək stajı 5 (beş) ildən 10 (on) ilədək olduqda – 2 təqvim günü;
- əmək stajı 10 (on) ildən 15 (on beş) ilədək olduqda – 4 təqvim günü;
- əmək stajı 15 (on beş) ildən çox olduqda – 6 təqvim günü.
Əmək stajının müddəti işçinin işəgötürən arasında əmək müqaviləsinin bağlanmasıyla işçinin faktiki olaraq işlədiyi dövrə görə müəyyən edilir. Əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi və Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda orta əmək haqqı və iş yeri saxlanıldığı dövrlər daxil edilir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Əmək müqaviləsi