Mühasibatlıqda səhvlərin qarşısının alınması üçün 7 qızıl qayda

15 May 20240

Mühasibatlıq bizneslərin maliyyə idarəetməsinin planlanması və şirkətlərin sağlam böyüməsini təmin edən vacib amilllərdən biridir. Mühasibatlıqda səhvlər şirkətlər üçün çox ciddi maliyyə itkisinə yol aça bilər. Həmçinin qanuni məslələrin həlli zamanı qarşıya problemlər çıxara bilər. Bunları nəzərə alaraq şirkətlər mühasibatlıq proseslərinin tam düzgün aparılmasını təmin etməlidirlər. Bu proseslərdə baş verəcək xətalarən vaxtında qarşısının alınması üçün bəzi detallar mütləq nəzərə alınmalıdır. Bu yazımızda bu xətaların qarşısının alınması üçün 7 qızıl qaydadan bəhs edəcəyik.

1.     Davamlı və zamanında qeydiyyat aparmaq

Şirkətlərdə davamlı maliyyə əməliyyatları həyata keçirildiyindən maliyyə hesabatlarının hazırlanması üçün baş verən hər bir prosesinin qeydiyyatını vaxtında aparmaq şərtdir. Bu qeydiyyatların aparılması növbəti addımda xətaların baş verməsinin qarşısının alınması üçün ilk mərhələdir. Qeydiyyatı sabaha saxlanılan hər gecikən əməliyyət, əksik və düzgün olmayan informasiya toplanması riskini artırır. Davamlı qeydiyyat aparmaq, eyni zamanda şirkətlərə dinamik inkişafı izləmək və düzgün maliyyə hesabatları hazırlamaq üçün də kömək edir.

2.     Sənədlərə əsaslanmaq

Hər bir maliyyə əməliyyatları sənədlərlə təsdiqlənməlidir. Bu sənədlər proseslərin düzgünlüyü təsdiq edir. Bu səbəbdən də müəyyən müddət üçün saxlanması və arxivlənməsi məsləhət görülür. Bu sənədlər sayəsində hər hansı problem yarandığı zaman tez bir zamanda əməliyyatlardakı yanlışlıqları üzə çıxara və düzəlişlər edə bilərsiniz.

3.     Mühasibatlıq proqramlarının istifadəsi

Avtomatlaşdırılmış sistemlərin istifadəsi xəta payını aşağı saldığı kimi mühasibatlıq proqramlarının istifadəsi də əllə aparılan (manual) əməliyyatlar zamanı baş verə biləcək xətalarının qarşısını yüksək faizlə azaldır. Həmçinin əməliyyatların düzgün qeyd edilməsini və hesabatların hazırlanması proseslərini də asanlaşdırır.

4.     Kollektivin inkişafına dəstək

Mühasiblərin davamlı olaraq yeni standartlarla tanış olması, qanuni dəyişiklikləri izlənməsi kimi bir öhdəlikləri vardır. Buna görə də şirkətlər də çalışanlarına bu mövzuda xətaların baş verməməsi, və ya xəta yarandığı zaman onları tez bir zamanda müəyyənləşdirmə və həll etmə bacarıqlarının artırılması üçün müxtəlif təlimlərlə dəstəkləyə bilərlər.

5.     Vergi qanunlarına və digər qanunlara əməl etmək

Fəaliyyətin vergi və digər qanunlara tam uyğun şəkildə planlanması və həyata keçirilməsi baş verə biləcək sonrakı qanun pozuntularının qarşısını alır. Şirkətləri maliyyə sanksiyaları və cəzalardan sığortalayır. Bununla da maliyyə riskləri azalmış olur.

6.     Məlumatların qorunması

Maliyyə məlumatlarının qorunmasının etibarlılığı şirkətlərin maliyyə bütövlüyünü qorumaq üçün əhəmiyyətlidir. Güvənirliyi qoruma məqsədilə həyata keçirilən tədbirlər saxlanılan həssas maliyyə məlumatlarınızı hər hansı təhlükələrdən müdafiə edir.

7.     Səhvlərin səbəbi və həlli yollarının qeyd edilməsi

Səhvlərdən nə qədər qorunmağa çalışılsa da bəzən bu qaçınılmaz olur. Burada əsəs məsələ xətaların sürətli müəyyən olunması və tez bir zamanda düzəldilməsidir. Bunun qarşısının alınmasının ən yaxşı yolu, baş vermis səhvlərin müəyyənləşdirilməsi, həmin problemlərin yaranması zamanı görülən tədbirlər, yəni həlli yollarının qeyd olunmasıdır. Bu növbəti dəfə həmin səhvlərinin təkrarlanması hallarında problemlərin daha tez aradan qaldırılmasına kömək edəcəkdir.

Mühasibatlıqda baş verə biləcək səhvlərinin qarşısının alınması şirkətinizi ciddi itkilərdən qoruyur. Yuxarıda qeyd olunan 7 qızıl qaydaya əməl etməklə şirkətinizin maliyyə sağlamlığını qoruma altına ala bilərsiniz.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: İşçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.