Publik hüquqi şəxslərin maliyyə hesabatlarının tərtib edilməsi 

22 May 20240

Publik hüquqi şəxslərin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq tərtib edilir. Mühasibat uçotu bu standartlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən uçot qaydalarına əsasən aparılır. AR mərkəzi bankında mühasibat uçotunun aparılması qaydalarını isə AR Mərkəzi Bankının İdarə Heyəti müəyyənləşdirir.

Maliyyə hesabatları hansı qaydada tərtib olunur?

Dövlət və bələdiyyə tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, peşə təhsili müəssisəsi,  məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi tələb olunan maliyyə hesabatlarını aşağıda qeyd olunan qaydada tərtib edirlər:

  • Əgər nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulubsa:
    • Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına;

və ya öz seçimlərindən asılı olaraq

    • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq;
  • Əgər nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmayıbsa, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq.

Bir və ya daha artıq törəmə publik hüquqi şəxsə və ya təsərrüfat cəmiyyətinə malik olan publik hüquqi şəxs hazırladığı maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları da tərtib etməlidir.

Maliyyə hesabatları hansı müddətdə təqdim edilməlidir?

Publik hüquqi şəxslərin maliyyə hesabatları üçün hesabat dövrü  “Mühasibat uçotu haqqında” qanunun 11-ci maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun olaraq müəyyən edilir.

Publik hüquqi şəxslər hesabat dövrü bitdikdən sonra:

  • illik hesabatlarını növbəti il aprel ayının 30-dan;
  • birləşdirilmiş maliyyə hesabatlarını növbəti il iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Publik hüquqi şəxslər maliyyə hesabatlarını kimə təqdim edir?

Publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını  təqdim edirlər:

  • tabe olduğu yuxarı təşkilata və ya;
  • birləşdirilmiş maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxsə;
  • qanunla və nizamnamələri ilə müəyyən olunan şəxslərə;
  • bunlar olmadığı halda təsisçiyə.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxslər birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını və illik maliyyə hesabatlarını auditor rəyi ilə birgə təsisçiyə təqdim edirlər.

Dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən və ya dövlət zəmanəti ilə kredit alan, dövlət büdcəsindən subvensiya, subsidiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslər (12-1.2-ci maddədə göstərilənlər istisnadır) illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Birləşdirilmiş maliyyə hesabatlarını tərtib edən (12-1.2-ci maddədə göstərilənlər istisnadır), eyni zamanda nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və “Mühasibat uçotu haqqında” qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbu orqanında və ya  özlərinin rəsmi internet səhifələrində dərc edirlər. 

Publik hüquqi şəxslər illik və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdikdə, onların törəmə publik hüquqi şəxsləri maliyyə hesabatlarını dərc etmirlər.

Publik hüquqi şəxslərin Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanlarına təqdim etdikləri hesabatlar bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Mühasibatlıqda səhvlərin qarşısının alınması üçün 7 qızıl qayda

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.