Bloq

Maliyyə, mühasibatlıq, vergi, biznes və sahibkarlıqla bağlı maraqlı məlumatlar almaq, məsləhətlər və yeniliklərdən xəbərdar olmaq üçün bloqumuza nəzər yetirin.
Vergi ödəyicilərinə hesabların açılması

Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank əməliyyatları aparan şəxslərə müraciət etməlidirlər. Bank əməliyyatları aparan şəxslər dedikdə, bank və digər ödəniş hesablarını açmaq və aparmaq hüququ olan kredit və elektron pul təşkilatları və poçt rabitəsinin milli operatoru nəzərdə tutulur. Müraciətdən sonra bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır. Daha sonra açılmış...

Mühasib peşəsinin xüsusiyyətləri

Mühasibatlıq sahəsi müasir dünyada çox lazımlı və geniş bir sahədir. Bu sahədə mühasib peşəsinə sahiblənmək istəyən şəxslər bu peşəsinin xüsusiyyətlərinə də yiyələnməli, sahənin tələb etdiyi bilik və bacarıqları öyrənməli və inkişaf etdirməlidirlər. Mühasiblərin əsas işi maliyyə məlumatlarının idarəsi və onların düzgün şəkildə işlənməsi, bu məlumatların lazımı şəxlərə və qurumlara doğru anda və doğru şəkildə çatdırılması...

MMC nədir və necə təsis edilir?

“MMC nədir və necə təsis edilir?” kimi suallar sizi maraqlandırırsa doğru ünvandasınız. Bu məqaləmizdə bütün prosesi ardıcıl şəkildə izah etməyə çalışdıq. MMC nədir? Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), hüquqi şəxs kimi fəaliyyət göstərən və nizamnamə kapitalı müəyyən miqdarda paylara bölünən şirkət formasıdır. MMC-nin əsas üstünlüyü iştirakçılarının (təsisçilərinin) cəmiyyətin borclarına görə şəxsi əmlakları ilə cavabdeh olmamasıdır; onlar...

Bizneslər üçün maliyyə hesabatlılığının 5 əsas prinsipi

Maliyyə hesabatlılığı bizneslərin uğurlu olmasının əsas şərtlərindən biridir. Maliyyə hesabatlarının düzgün və şəffaf olması keçmiş fəaliyyətləri dəqiq analiz etməyə və növbəti addımları bu analizlərə əsaslanaraq daha düzgün atmağa imkan verir. Şəffaf və düzgün hazırlanan maliyyə hesabatları həmçinin investorların, kredit verənlərin və digər maraqlı tərəflərin diqqətini daha çox cəlb edir. Gəlir və xərclərin dəqiq göstərilməsi tərəflər...

Sahibkarların mühasibatlıqdan əldə etdiyi faydalar

Mühasibatlıq xidmətlərindən istifadə sahibkarlara nə dərəcədə faydalıdır? Nə üçün şirkətlər bu xidmətdən istifadə etməlidirlər? Ümumiyyətlə mühasibatlıq sahibkarlara nə qazandırır? Bu yazımızda ən vacib hesab etdiyimiz faydalardan bəhs edəcəyik. 1. Biznesin Maliyyə Sağlamlığının Yoxlanması və Dəyərləndirilməsi Pul axınının idarə edilməsi: Bizneslərin maliyyə sağlamlığını düzgün qiymətlənləndirmək üçün şirkətlər maliyyə prosedurlarını – gəlir və xərclərin qeydiyyata alınması prosesini...

Səyyar vergi yoxlaması zamanı sənədlərin və əşyaların götürülməsi

  Səyyar vergi yoxlaması zamanı və operativ vergi nəzarəti keçirildiyi zaman sənədlərin və nümunə kimi əşyaların götürülməsinə icazə verilir. Səyyar vergi yoxlaması keçirildiyi zaman yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunarsa, həmin sənədlərdə qanunvericiliyinin pozulması halları müəyyən edilərsə və ya bu pozuntular əşyalarla bağlı...

Publik hüquqi şəxslərin maliyyə hesabatlarının tərtib edilməsi 

Publik hüquqi şəxslərin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq tərtib edilir. Mühasibat uçotu bu standartlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən uçot qaydalarına əsasən aparılır. AR mərkəzi bankında mühasibat uçotunun aparılması qaydalarını isə AR Mərkəzi Bankının İdarə Heyəti müəyyənləşdirir. Maliyyə hesabatları hansı qaydada tərtib olunur? Dövlət və bələdiyyə tərəfindən...

Mühasibatlıqda səhvlərin qarşısının alınması üçün 7 qızıl qayda

Mühasibatlıq bizneslərin maliyyə idarəetməsinin planlanması və şirkətlərin sağlam böyüməsini təmin edən vacib amilllərdən biridir. Mühasibatlıqda səhvlər şirkətlər üçün çox ciddi maliyyə itkisinə yol aça bilər. Həmçinin qanuni məslələrin həlli zamanı qarşıya problemlər çıxara bilər. Bunları nəzərə alaraq şirkətlər mühasibatlıq proseslərinin tam düzgün aparılmasını təmin etməlidirlər. Bu proseslərdə baş verəcək xətalarən vaxtında qarşısının alınması üçün bəzi...

İşçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları

İşçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir və məhdudlaşdırla bilməz. Peşəsindən, əmək müqaviləsinin müddətindən və əmək şəraitindən asılı olmayaraq işçilərin məzuniyyətdən istifadə etmək hüququ vardır. Həmçinin də əvəzçiliklə əlavə iş yerində çalışan işçilər Əmək Məcəlləsi ilə müəyyən edilən məzuniyyət növlərindən istifadə etmək hüququna malikdirlər. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları İşçilər...

Əmək müqaviləsi

Əmək müqaviləsi və onun məzmunu, müqavilənin tərəfləri, forması və müddəti ilə bağlı ətraflı məlumat almaq üçün bu yazını oxuyun. Əmək müqaviləsi və onun tərəfləri Əmək müqaviləsi işçi və işəgötürən arasında fərdi qaydada bağlanan və tərəflərin hüquq və vəzifələrini, əmək münasibətlərinin əsas şərtlərini əks etdirən yazılı müqavilədir. İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsinin bağlanması ilə müvafiq...

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.