EvKateqoriya

Necə etməli?

Gömrük bəyannaməsi nədir və necə tərtib olunur?

Gömrük bəyanetməsi dedikdə mallar və nəqliyyat vasitələri haqqında məlumatların dəqiq və tam şəkildə gömrük orqanlarına (yazılı, şifahi və ya digər formada) təqdim edilməsi başa düşülür. Bu məlumatlardan istifadə edərək gömrük orqanları gömrük nəzarətini həyata keçirir.  Lazım olan məlumatlar icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir. Həmçinin  bəyannamələrin doldurulma qaydası, bəyanetmənin formaları, bəyanetmə üçün lazım olan əsas sənədlərin...

Tender nədir? Satınalmaları hazırlamaq üçün nə etmək lazımdır?

Tender bir işin və ya xidmətin ən uyğun və aşağı qiymətlərlə həyata keçirilməsi üçün bu xidməti təklif edən bir neçə iddiaçı arasında təşkil olunan müsabiqədir. Tender həmçinin rəqiblərin təklif etdiyi qiymətə görə istehsalçıların öz əmtəəsinə təklif etdiyi qiymət kimi başa düşülə bilər. Tender daha çox yüksək məbləğli malların alınması zamanı tətbiq edilən satınalma növlərindən biridir. ...

Mühasibat uçotu nədir?

Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin fəaliyyəti (aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri) barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsidir. Həmçinin maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Ən sadə dillə desək, mühasibat uçotunu subyektlərin fəaliyyəti haqda məlumat bazası kimi başa düşmək olar. Belə...

ISO sertifikatı almadan öncə nə etməliyəm?

Yəqin ki, ətrafınızda ISO sertifikatı alan bir çox müəssisə tanıyırsınız və bəlkə də siz də öz biznesinizi qurarkən xidmətinizin keyfiyyətini təsdiqləyəcək ISO sertifikatları almaq barədə düşünmüsünüz. Bəs bunu necə etmək lazımdır? Bu yazımızda sizə bu haqda məlumat verəcəyik. ISO sertifikatı nədir? ISO sertifikatı hər hansı bir təşkilat və ya müəssisənin beynəlxalq standartlara uyğunluq səviyyəsini müəyyən...

Fiziki şəxslər və hüquqi şəxslər kimlərdir?

Fiziki və ya hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasından asılı olmayaraq mülki hüquq münasibətlərinin subyektləri hesab olunur.  Bu bloqumuzda sizi fiziki şəxslər və hüquqi şəxslər haqqında daha ətraflı məlumatlandıracağıq. Fiziki şəxs kimdir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən fərddir. AR-da bütün vətəndaşlar, daimi və ya müvəqqəti yaşayan...

Lisenziya almaq üçün tələb olunan sənədlər hansılardır?

Müxtəlif sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsi üçün hüquqi şəxs və ya fərdi sahibkarlardan lisenziya tələb oluna bilər. AR-da lisenziya və icazələr sisteminin tənzimlənməsinin iqtisadi, hüquqi və təşkilati əsasları “Lisenziyalar və icazələr haqqında” AR-nın Qanunu ilə müəyyən edilir. Lisenziya almaq üçün hansı sənədlər lazımdır və necə müraciət etməliyəm? Ərizəçi lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə...

Necə VÖEN açmaq olar?

Əgər siz də VÖEN açmaq istəyirsinizsə və bunun üçün nə etməli olduğunuzu bilmirsinizsə bu məqaləmizdə bu haqda sizə məlumat verəcəyik. AR Vergi Məcəlləsinə əsasən AR ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərinə VÖEN nömrəsi aldıqdan sonra başlaya bilərlər.  VÖEN nömrəsinin verilməsinin məqsədi vergi orqanında vergi uçotuna alınan fiziki və ya hüquqi şəxsin...

Vergi hesabatları tərtib olunarkən diqqət edilməli məqamlar

Vergilərin qoyulması və tutulması dövlət və bələdiyyələrin maliyyə fondlarının formalaşması, bölgüsü və istifadəsindən ibarət olan maliyyə fəaliyyətinin əsas tərkib hissəsidir. Ölkənin sosial-iqtisadi inkişafı, təhlükəsizliyi və müdafiə qabiliyyətinin təminatı üçün lazım olan və tələb olunan maliyyə ehtiyatlarının vəziyyəti vergitutmadan birbaşa asılıdır. Bu yazımızda vergi hesabatlarını tərtib edərkən düşünməli olduğunuz önəmli məqamlar, vergi hesabatlarınının təqdim edilməsi və...

Məzuniyyət haqqı necə hesablanmalıdır?

Məzuniyyət haqqı nədir və necə hesablanmalıdır? Qanunvericilik bu barədə hansı hüquqları bizə təqdim edir? Bu yazımızda bu barədə detallı məlumat verməyə çalışacağıq. Əmək müqaviləsinin tərəflərindən biri kimi hər bir işçinin peşəsindən, vəzifəsindən, əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətin müxtəlif növlərindən (əmək məzuniyyəti, sosial məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət) istifadə etmək hüququ vardır və...

Rüblük vergi hesabatları tərtib olunarkən nələrə diqqət etmək lazımdır?

Rüblük vergi hesabatları tərtib olunarkən bir çox faktorlara diqqət etmək lazımdır ki, hesabatlar doğru və yerində olsun. Aşağıdakılar rüblük vergi hesabatları tərtib olunarkən diqqət edilməsi vacib olan nöqtələrdir;   Vergi qanunvericiliyi nəzərə alınmalıdır Hesabatlar vergi qanunvericiliyinə uyğun olaraq tərtib edilməlidir. Vergi qanunlarına uymayan hesabatlar qəbul edilməyəcək, hətta siz buna görə maliyyə sanksiyalarına da məruz qala...

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.