Dividend nədir?

23 Mart 20240

Dividend hüquqi şəxsin öz payçılarının (təsisçilərinin) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi, həmçinin də hüquqi şəxs ləğv edilən zaman xalis mənfəəti hesabına formalaşan aktivlərin (əmlakın) bölüşdürülməsi, habelə payların (səhmlərin) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Xalis mənfəət dedikdə sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ödənilən vergi və digər xərclər çıxıldıqdan sonra qalan gəlir başa düşülür.

Daha sadə dillə desək, dividend bir şirkətin əldə etdiyi mənfəətdən müəyyən hissəni ayıraraq hissə sənədi və ya nağd şəkildə səhmdarları arasında pay olaraq bölüşdürməsidir.  Dividendin məbləği şirkətin əldə etdiyi kardan asılı olaraq dəyişə bilər. Dividend səhmin xalis mənffətə düşdüyü faizə əsasən təyin olunur.

Hansı gəlirlər dividend hesab olunmur?

Aşağıdakı hallarda əldə olunan gəlirlər dividend sayılmır:

  • hüquqi şəxs ləğv edilən zaman onun mülkiyyətində olan əmlakın (bölüşdürülməmiş gəlirlə formalaşan əmlak istisnadır) bölüşdürülməsindən əldə edilən gəlir;
  • payçıların səhmlərinin faiz nisbətini dəyişdirmədiyi halda səhmlərin bölüşdürülməsi;
  • hissələrin (səhmlərin, payların) nominal dəyəri (bölüşdürülməyən gəlir hesabına payların (səhmlərin) artan nominal dəyəri istisnadır) hüdudlarında geri alınması üçün verilən ödənişlər.

 

Dividend ödəmək, yoxsa investisiya etmək?

Bəzən şirkətlər payçılar arasında dividend ödəmək və ya mənfəəti yenidən investisiya etmək seçimi arasında qalırlar.

Səhmdarlar divindend almaqla hissələrini satmadan investisiyalarından pul əldə etmiş olurlar. Bu onların şirkətə qarşı olan marağını artırır. Həmçinin bu payçılara alternative investisiya etmək fürsəti verir.  Ancaq şirkətin öz mənfəətini hansı nisbətdə bölüşdürməsi onun gələcək üçün olan planlarından asılıdır. Dividendin müəyyən edilməsi üçün şirkət həm səhmdarların marağını, həm də bu kimi digər faktorları nəzərə almalıdır.

Ödəmə mənbəyində dividenddən vergi tutulması

Ödənilən dividenddən rezident müəssisə tərəfindən ödəmə mənbəyində faiz dərəcə ilə vergi tutulur. Əgər dividendin faktiki sahibi olan hüquqi və fiziki şəxslərdən qanunvericiliyə uyğun olaraq (Vergi Məcəlləsinin 122.1-ci maddəsi) vergi tutulmuşdursa, bu halda dividendi alan hüquqi və fiziki şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verildiyi halda vergiyə cəlb olunmur.

Neft-qaz ehtiyatlarının kəşf olunması, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqda və bu qəbildən sayılan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsə aid olan törəmə müəssisələrin mənfəətinin bu hüquqi şəxsin mərkəzləşdirilmiş maliyyə fondunda cəmləşdirilməsi üzrə köçürmələr, həmçinin hüquqi şəxsin bu gəliri vergiyə cəlb olunmur.

Dividend ödəmələrinə bərabər hesab edilir:

  • cəmiyyətin fəaliyyəti zamanı qazanılan aktivlərin, həmçinin pul vəsaitlərinin təsərrüfat fəaliyyətinin məqsədlərindən fərqli məqsədlər üçün təsisçiyə verilməsi (təsisçidən alınan borcların qaytarılması və təsisçiyə borcların verilməsi istisnadır);
  • təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi.

Bu halda ödəmə mənbəyində verginin tutlması Vergi Məcəlləsinin 122.1-ci maddəsi ilə tənzimlənir.

Texnologiyalar parkının iştirakıçısı kimi texnologiyalar parkından kənar proqram təminatının hazırlanması, sistem inteqrasiyası və inkişaf etdirilməsini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən həmin texnologiyalar parkının şəhadətnaməsinin alındığı hesabat dövründən başlayaraq 10 il ərzində ödəmə mənbəyindən vergi tutulmur.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Konsaltinq xidmətləri şirkətlərə nə qazandırır?

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.