ƏDV-nin 0 dərəcə ilə tutulması nə deməkdir və necə tətbiq olunur?

21 Yanvar 20240

Əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləğ ilə idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə və ya verilən elektron qaimə-fakturalara müvafiq olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

ƏDV-nin 0 dərəcə ilə tutulduğu xidmətlər hansılardır?

Aşağıdakı əməliyyatların aparılmasına, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:

  • AR-da akkreditə edilmiş beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmin nümayəndəliklərin müvafiq statuslu AR vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin və onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün ayrılan mallar və xidmətlər;
  • qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, resipiyentlərə malların təqdim edilməsi, xidmətlərin göstərilməsi və işlərin görülməsi;
  • malların (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR ərazisində qanunvericiliyə uyğun olaraq ƏDV-nin qaytarılması qaydasında satıcı kimi qeydiyyatda olan vergi ödəyicilərindən əldə edilmiş istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində nəzərdə tutulmuş xidmətlərin ixracı;
  • beynəlxalq və tranzit yük və sərnişin daşınması (beynəlxalq poçt xidmətləri istisna), tranzit yük daşınması ilə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bağlı olan xidmətlərin göstərilməsi, işlərin görülməsi, ekspeditor xidmətlərinin göstərilməsi;
  • AR Mərkəzi Bankına qızıl və ya digər qiymətlilərin göndərilməsi;
  • müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında yaradılan sənaye parkında fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2016-cı il mayın 1-dən 5 il müddətinə;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada AR-da keçirilən UEFA 2020 Futbol çempionatının oyunları ilə bağlı UEFA, onun yaratdığı hüquqi şəxslər, bu fəaliyyət çərçivəsində UEFA-nın cəlb etdiyi qeyri-rezident fiziki şəxslər malların təqdim edilməsi, xidmətlər göstərilməsi və işlər görülməsi;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada malların ixrac qeydi ilə satışı;
  • müəssisənin nizamnamə fonduna pay şəklində əsas vəsaitin qoyulması (onun müqabilində digər əmlakın əldə edilməsi ilə bağlı olmadıqda).

 

ƏDV-nin qaytarılma qaydası

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən AR ərazisində alınmış, kommersiya və ya istehsal məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını icra hakimiyyəti orqanı müəyyən edir.

Fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (avtomobillər, neft və qaz məhsulları, tütün məmulatları və alkoqollu içkilər istisna), tibb müəssisələri və özəl tibbi praktika fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması qaydasını icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirir. Qaytarılan məbləğ nağd qaydada ödənilən ƏDV-nin isə 5 faizini, nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini təşkil edir. ƏDV-nin qaytarılması zaman təqdim edilən nəzarət-kassa aparatının çeki qanunvericiliklə müəyyən olunan tələblərə uyğun olmalıdır.

Fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyir. Qaytarılan məbləğ ƏDV-nin 30 %-ni təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan yaşayış və ya qeyri-yaşayış sahələrini alarsa, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 m2 və qeyri-yaşayış sahəsinin 500 m2-dən çox olmayan hissəsi üçün ödənilmiş ƏDV-yə tətbiq edilir.

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Gömrük dəyərinin müəyyən edilməsi

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.