Elektron qaimə – faktura necə hazırlanır və necə doldurulur?

21 Dekabr 20230

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti ilə bağlı təqdim edilmiş mallar, işlər və xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

Elektron qaimə-fakturanın istifadəçi təlimatı

Vergi ödəyiciləri tərəfindən elektron qaimə-fakturaları (e-Qaimə-faktura) iki üsulla hazırlana bilər:

“Onlayn rejimdə” –  vergi ödəyicisi İnternet Vergi İdarəsi portalında “GİRİŞ” düyməsini sıxmaqla elektron xidmətlərə keçid edərək “Asan İmza” və ya “e-İmza” bölmələrindən biri ilə daxil olur. Daha sonra “e-Qaimə” (Elektron qaimə) altsisteminə keçid edir və elektron qaimə-fakturanı onlayn rejimdə tərtib edib imzalayaraq digər vergi ödəyicisinə təqdim edir.

“E-qaimə” bölməsinə daxil olarkən “Yeni qaimə” menusu açılacaqdır. Burada hazırlanacaq olan yeni “Elektron qaimə”nin növünü seçməklə hazırlamağa başlamaq olar. Qeyd edilən menuda “Elektron qaimə”nin aşağıdakı növlərini seçmək mümkündür:

  • Malların qaytarılması qaiməsi
  • Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi
  • Malların emala göndərilməsi qaiməsi
  • Malların emaldan qaytarılması qaiməsi
  • Qaytarma istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə
  • Malların agentə/ komisyonçuya verilməsi qaiməsi
  • Agent/ Komisyonçu tərəfindən malların alıcıya təqdim edilməsi qaiməsi
  • VM-in 177.5-ci maddəsinə əsasən təqdim edilən qaimə

 

Oflayn rejimdə” – vergi ödəyicisi xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı – eFP”) sonuncu versiyasını və digər əsas proqramları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyir, internetdən istifadə etmədən tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə hazırlayır və paketləyir. Sonra oflayn rejimdə “ASAN DOC client” və ya “e-İmzalayıcı” proqramların biriylə imzalayır. İstifadəçi paket faylını ASANDOC portalı vasitəsilə də imzalaya bilər. Sonda gücləndirilmiş elektron imzadan (ASAN İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “Elektron qaimə” altbölməsinə daxil olur və imzalanmış “adoc” və ya “edoc” tipli faylı “Paket göndər” düyməsinə klikləyərək sistemə yükləyir. Bu zaman elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bu addımdan sonra bütün əməliyyatlar onlayn rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Çox miqdarda elektron qaimə-faktura təqdim edən vergi ödəyicilərinin bu rejimdən istifadə etməsi tövsiyə olunur.

 

Elektron qaimə-faktura necə doldurulur?

Elektron qaimə-fakturanı aşağıdakı qaydalara əməl etməklə doldura bilərsiniz:

  • “Növü” sətrində – elektron qaimə-fakturanı cari, düzəliş və ya ləğv olması seçilir.
  • “Göndərən” sətrində – elektron qaimə-fakturanı göndərən vergi ödəyicisinin tam adı və VÖEN-i, malların çıxdığı təsərrüfat subyektinin (obyektinin) kodu;
  • “Qəbul edən” sətrində – elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisinin tam adı və VÖEN-i, malları qəbul edən təsərrüfat subyektinin (obyektinin) kodu və ya əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə malların yükləndiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı;
  • Elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər əsasında doldurulur və elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;
  • “Sıra №-si” sütununda – malların (xidmətlərin, işlərin) adlarının ardıcıl nömrələri;
  • “Malın (işin, xidmətin) adı” sütununda – uyğun məlumatlar;
  • “Malın (işin, xidmətin) kodu” sütununda – uyğun məlumatlar;
  • “Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi (GTIN)” sütununda – uyğun GTIN;
  • “Ölçü vahidi” sütununda – uyğun göstərici;
  • “Miqdarı, həcmi” sütununda – uyğun göstəricilər;
  • “Vahidinin dəyəri (manatla)” sütununda – malın ölçü vahidinin dəyəri;
  • “Vahidinin satış qiyməti” sütununda – müəyyən olunmuş ölçü vahidinin qiyməti;
  • “Cəmi məbləği” sütununda – malın (işin, xidmətin) ümumi dəyəri;
  • “Aksiz” dərəcəsi sütununda – aksizin dərəcəsi;
  • “Aksiz” məbləği sütununda – aksizin ümumi məbləği;
  • “Malın (işin, xidmətin) dəyəri” qrafasının cəmi sütununda – aksizin məbləğinin cəmi ilə malın (xidmətin, işin) ümumi dəyəri;
ƏDV ilə bağlı sütun
  • “o cümlədən, ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda – malın (xidmətin, işin) ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan dəyəri ;
  • “o cümlədən, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda ƏDV-yə “0” dərəcə ilə cəlb edilən dəyər;
  • “o cümlədən ƏDV-dən azad olunan əməliyyatların dəyəri” sütununda – ƏDV-dən azad olunan dəyər;
  • “o cümlədən, ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri” sütununda – ƏDV-yə cəlb edilməyən dəyəri;
  • “ƏDV məbləği” sütununda eyni bir sətir üzrə “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilən rəqəmin ƏDV-nin Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə müəyyən edilən dərəcəsinə vurulmaqla proqram tərəfindən avtomatik hesablanan ƏDV məbləği;
  • “Yol vergisi” sütununda – yol vergisinin məbləği;
  • “Yekun məbləğ” sütununda – “malın (xidmətin, işin) dəyəri” qrafasının “Cəmi” sütunundakı məbləğlə “ƏDV məbləği” və “Yol vergisi” sütunlarındakı məbləğlərin cəmi;
  • “Cəmi” sətrində uyğun bəndlərin sütunlarının cəm məbləğləri proqram tərəfindən avtomatik olaraq hesablanır. Elektron qaimə-faktura birdən çox səhifədən ibarət olduqda “Cəmi” sətri sonuncu səhifədə qeyd edilir;
  • “Malın qablaşdırma sayı” sütununda istehsal binasının hüdudlarından vergi ödəyicisinə məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılan aksizli malların qablaşdırma sayı göstərilir.

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Riskli vergi ödəyiciləri kimlərdir?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.