Əmlak vergisinin hesablanması və ödənilməsi

11 Fevral 20240

Fərdi sahibkar və müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən müəyyən edilir.

Fərdi sahibkarın və müəssisənin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu sığortalanma tarixinə həmin əmlakın bazar dəyərinə uyğun olan dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır (Vergi Məcəlləsi 14-cü maddə). Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edilərsə, Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.

Fərdi sahibkarın və müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ilidir.

Fərdi sahibkarlar və müəssisələr cari vergi ödəmələri kimi əmlak vergisini hər rübün ikinci ayının 15-dən gec olmayaraq ödəməlidirlər. Bu vergi öncəki il üçün nəzərdə tutulan əmlak vergisinin məbləğinin 20 faizi həcmində hesablanılır.

Yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan, həmçinin əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar cari vergi ödəmələrini əsas vəsaitlərin əldə edildiyi rübdən sonrakı rübün ikinci ayının 15-dən gec olmayaraq illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında ödəməlidirlər.

Əmlak vergisi vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Hesabat dövrü üçün dövlət büdcəsinə ödənilməli olan verginin məbləği bu dövr ərzində əvvəllər hesablanmış ödəmələrə əsasən müəyyən edilir.

Cari vergi ödəmələri müəyyən edilmiş müddətdə ödənilmədikdə, müddətdən keçən hər bir gün üçün ödənilməmiş cari vergi ödəmələrinə görə vergi ödəyicisindən faiz tutulur. (Vergi Məcəlləsi 59-cu maddə)

Hesabat ili başa çatdıqdan sonra əmlak vergisi üzrə yenidən haqq-hesab edilir. Əgər hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olarsa, artıq hesablanmış cari vergi və faiz məbləğləri azaldılır.

Fərdi sahibkar və müəssisə əmlak vergisinin illik bəyannaməsini vergi orqanına hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim etməlidir.

Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi vaxtdan 30 gün ərzində bəyannamə təqdim edilməlidir.

Fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma ilə bağlı ərizənin verildiyi tarixdən 30 gün ərzində bəyannamə təqdim edilməlidir.

İllik bəyannamələr üzrə vergilər bu bəyannamələrin verilməsi üçün müəyyən olunan müddətə qədər ödənilir.

Fərdi sahibkarların və müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.

Fərdi sahibkar və müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi

Vergitutma məqsədləri üçün fərdi sahibkarın və müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Fərdi sahibkarın və müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı kimi hesablanır:

Fərdi sahibkar və müəssisənin əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanan zaman, əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım (müsbət fərq) nəzərə alınmır.

  • Fərdi sahibkar və ya müəssisə hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda:

əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna olan qalıq dəyəri toplanılır və 24-ə bölünür. Sonra yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin axırına qədər olan aylara vurulur.

  • Fərdi sahibkar və ya müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda:

əsas vəsaitlərinin ilin əvvəlinə və uçotdan çıxarıldığı və ya ləğv edildiyi tarixə qalıq dəyəri toplanılır və 24-ə bölünür. İlin əvvəlindən fərdi sahibkarın uçotdan çıxarıldığı və ya müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

  • kredit təşkilatları hesabat ili müddətində müflis elan olunduqda:

əmlakının ilin əvvəlinə və müflis elan olunduğu tarixə qalıq dəyəri toplanılır və 24-ə bölünür. İlin əvvəlindən müflis elan olunduğu aya qədər olan ayların sayına vurulur.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Vergi orqanlarının qərarından şikayət etmək hüququ

 

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.