Əsas mühasibatlıq xidmətləri hansılardır? Bu barədə danışmaq üçün öncə “mühasibatlıq xidmətləri nədir?” və “bu xidmətləri hansı yollarla almaq və həyata keçirmək mümkündür?” kimi sualları cavablamaq lazımdır. Bu yazımızda bu sualların cavabını aydınlaşdıracağıq.
Biznesinizi böyütmək üçün ilk addım maliyyə tənzimlənmələri və planlanmalarınızı düzgün həyata keçirməkdir. Xüsusilə də biznes sahibi bu xidmətləri həyata keçirmək üçün lazım olan bilik və bacarığa malik deyilsə, həm öz xərc və gəlirlərini izləmək üçün, həm də öz fəaliyyətini qanunvericiliyə uyğun olaraq həyata keçirmək üçün bu ximətlərin nə olduğunu və onların vacibliyini anlamalıdır. Bunu da qeyd edək ki, bu xidmət iki şəkildə həyata keçirilə bilər:
- Müəssisənizin mühasibatlıq xidmətləri rəhbərliyə tabe olan mühasibatlıq, mərkəzləşdirilmiş mühasibatlıq, müqavilələr əsasında xidmət göstərən mühasiblər və sərbəst fəaliyyət göstərən mühasiblər tərəfindən;
- Autsorsinq xidmətlərindən (kənar mənbədən istifadə) istifadə etməklə. Yəni mühasibatlıq xidmətlərini sizə təklif edən şirkətlərin ximətlərindən yararlanaraq.
Hansı müasibatlıq xidmətləri vardır?
Aşağıda əsas mühasibatlıq xidmətlərindən bəziləri haqqında məlumat verilmişdir:
1. Şirkətin yaradılması və idarəsi ilə bağlı konsultasiya xidmətləri.
Qanunvericilikdə şirkət qurmağın müxtəlif təşkilati-hüquqi formaları möcuddur. Biznesə başlamaq üçün ən əlverişli və ən uyğun təşiklati-hüquqi formalar, onların üstünlükləri və çətinlikləri, bu prosedurların qanunvericilik tələbləri ilə bağlı məsləhətlər əsas mühasibat xidmətlərindən hesab olunur. Birinci mərhələdə bunlar haqqında məlumat almaq və bilik sahibi olmaq tələb olunur. Sonrakı mərhələ isə şirkətinizin idarəsi ilə bağlı olan yol xəritəsidir. Bu xidmətlərdən istifadə edərək 10 ildə gedəcəyiniz yolu 5 ildə qət edə bilərsiniz.
2. Mühasibat uçotu və audit xidmətləri.
Mühasibat uçotu – idarənin maliyyə hərəkətlərini müəyyən edən, onları şaxələndirən, sinfləndirən, xüsusiləşdirən və bütün bunları hesabata çevirə bilən bir elmdir. Müəssisənin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məlumatlar, məsuliyyətlərin bölüşdürülməsi prosesleri, şirkətlə maraqlanan kənar istifadəçilərə – investor və səhmdarlara şirkətin dividend ödəmə qabiliyyəti haqqında məlumatların verilməsi kimi vacib əməliyyatlar mühasibat uçotu sistemi ilə müəyyənləşdirilir. Eyni zamanda auditorlar tərəfindən maliyyə məlumatlarının reallığa uyğunluğunu müəyyənləşdirmək məqsədilə maliyyə xidmətləri həyata keçirilir. Bunun üçün şirkətin maliyyə məlumatlarına ehtiyac duyulur.
3. Mənfəət təhlili xidmətləri.
Hər bir sahibkar şirkətinin gəlir və xərclərinin mənfəət və ya qazancı arasındakı asılılığı təhlil edərək hazırkı strategiyaların nə qədər faydalı olub-olmadığını, həmçinin gələcək fəaliyyətində lazım olduğu halda strategiya dəyişikliyinə ehtiyac olub-olmadığını müəyyənləşdirə bilər. Həmçinin strateji təkliflər irəli sürülə bilər. Bu proses şirkətin gələcək naliyyətlərinin artması və ölçülməsi prosesində əsas meyarlardan biridir.
4. Vergi planlaşdırılması xidmətləri.
Bu xidmətlərə şirkətin fəaliyyəti dövründə vergilərin vaxtında ödənilməsi, vergi hesabatlarının tərtib olunması, gecikməsinin qarşının alınması və ya gecikdiyi halda tətbiq olunan hər hansı cərimə və sanksiyaların tətbiq edilməsi halında hüquqi xidmətlərin göstərilməsi xidmətləri daxildir.
Mühasibatlıq xidmətləri nə üçün lazımdır?
Əgər kiçik və ya böyük miqyaslı bir iş sahibisinizsə qarşınızda duran əsas məsələ ilkin mərhələdə öz biznesiniz stabilliyini qorumaq və onu böyütməkdir. Bunun üçün bütün iş yükü sizin ve komandanızın üzərinə düşsə də hesabatların vaxtında və düzgün hazırlanması, vergilərlə bağlı hər hansı bir borc və ya cərimələrin yaranması halları və gecikmənin qarşısının alınması, ümumiyyətlə bütün maliyyə planlanmasının həyata keçirilməsi və planlamaya düzgün nəzarətin həyata keçirilməsi üçün sizə əlavə huquqi xidmətlərin göstərilməsi mühasibatlıq xidməti təklif edən şirkətlər vasitəsilə həyata keçirilir. Şirkətimizin sizə təklif etdiyi yuxarıda göstərilən və digər bütün növ mühasibatlıq xidmətlərindən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.