Gömrük bəyannaməsi nədir və necə tərtib olunur?

13 Dekabr 20230

Gömrük bəyanetməsi dedikdə mallar və nəqliyyat vasitələri haqqında məlumatların dəqiq və tam şəkildə gömrük orqanlarına (yazılı, şifahi və ya digər formada) təqdim edilməsi başa düşülür. Bu məlumatlardan istifadə edərək gömrük orqanları gömrük nəzarətini həyata keçirir.  Lazım olan məlumatlar icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir. Həmçinin  bəyannamələrin doldurulma qaydası, bəyanetmənin formaları, bəyanetmə üçün lazım olan əsas sənədlərin siyahısı da rəsmi saytda yerləşdirilir. Iş günləri və saatları isə gömrük prosedurlarının xüsusiyyətlərindən asılı olaraq müvafiq icra orqanı tərəfindən müəyyənləşdirilir.

Gömrük bəyannamələrinin tələb olunduğu hallar hansılardır?

Bəyanetmənin tələb olunduğu əsas hallar aşağıdakılardır:

  • Azərbaycan Respublikasının sərhədindən mal və ya nəqliyyat vasitələri keçirildikdə;
  • Malların yerləşdirildiyi gömrük rejimi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən səbəblərdən dəyişdirildikdə;
  • AR qanunvericiliyi ilə müəyyənləşdirilən digər hallarda, məsələn sərbəst anbar rejimi altında yerləşdirilən mallar, rüsumsuz ticarət mağazası, icazə geri alındıqda və ya ləğv edildiyi halda yenidən bəyan edilməlidir.

Bəyan edilən mal və ya nəqliyyat vasitələrinin məlumatları vəzifəli şəxslər tərəfindən yalnız müəyyən edilmiş məqsədlər üçün istifadə edilə bilər:

  • hüquq-mühafizə
  • vergi – gömrük qaydalarının pozulması və qaçaqmalçılıq
  • xarici iqtisadi fəaliyyətin tənzimlənməsi (lisenziyalaşdırma, kvotalaşdırma) məqsədilə
  • dövlət nəzarətinin müxtəlif növlərinin – baytarlıq, ekoloji, fitosanitar və s. təşkili məqsədilə
  • xarici ticarət statistikalarının aparılması məqsədilə

Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri

Gömrük rəsmiləşdirilməsi prosesinin həyata keçirilməsi aşağıdakılardan asılı olaraq fərqləndirilir:

  • sərhəddən keçirilən malların kateqoriyasına görə;
  • sərhəddən keçirilmə zamanı istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;
  • malları keçirən şəxsə görə.

Malların göndərilmə və təyinat ölkəsindən, mənşəyindən asılı olmayaraq, rəsmiləşdirilmə eyni qaydada həyata keçirilir.

Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası

Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və sənədləri gömrük orqanına təqdim etdiyi və ya bu barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi andan etibarən başlanır.

Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun aparılır. Bu məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı ilə bağlı icazə tələb olunursa, bu zaman həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.

Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması

Gömrük orqanları tərəfindən təqdim olunan bəyannamələr təsdiq edilmədən öncə, onların aşağıda qeyd olunan şərtlərə uyğunluğunu yoxlanılır:

  • malların rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin orqanının səlahiyyətlərinə aid olması;
  • bəyannamələrin təqdim olunma vaxtı və yerinin qanunvericilik ilə müəyyənləşdirilmiş tələblərə uyğunluğu;
  • bəyannamədə ixrac və ya idxalına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar barədə məlumatlar;
  • bəyannamənin icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi tələblərə uyğunluğu;
  • bəyannamə ilə birgə təqdim olunan sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu

Gömrük bəyannaməsi qanunvericiliyin tələblərinə cavab verməzsə və çatışmazlıqların aradan qaldırılması mümkün olmazsa, həmin bəyannamə təsdiq edilmir. Bu zaman həmin bəyannamə və sənədlər təqdim edilidiyi tarixdən 1 (bir) gündən gec olmayaraq geri qaytarılır.

Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti

Gömrük bəyannaməsi (həmçinin nəzərdə tutulan müvafiq sənədlər də bu qaydada təqdim oluna bilər) məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir.

Bəyanetmə qanunvericiliklə müəyyən edilən hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya digər üsullarla da həyata kecirilə bilər.

Gömrük bəyannaməsi mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru zamanı isə təyinat  təqdim edilən vaxtdan 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Əgər ayrılan vaxt kifayət etməzsə bəyannaməçinin əsaslandırılmış müraciəti ilə bu müddən qanunvericiliyə uyğun olaraq uzadıla bilər. Əgər bəyannamənin təqdim edilməsinin son günü qeyri-iş günü olarsa, bu zaman növbəti iş günü müddətin başa çatdığı gün hesab edilir.

Gömrük ərazisindən aparılan mallar barədəki bəyannamə gömrük ərazisindən çıxarılarkən verilməlidir.

Yükü və ya sərnişini olmayan nəqliyyat vasitələri isə sərhəddən keçərkən bəyan edilir.

Malların və ya nəqliyyat vasitələrinin gömrük nəzarətində olma müddəti

Gömrük ərazisinə gətirilən mallar və ya nəqliyyat vasitələri sərhədi keçdiyi andan etibarən aşağıda qeyd olunan hallardan birinin baş verdiyi anadək gömrük nəzarəti altında olurlar:

  • sərbəst dövriyyəyə buraxılanadək;
  • məhv edilənədək;
  • dövlətin xeyrinə imtina olunanadək;
  • malların dövlət mülkiyyətinə keçirilməsi hallarında;
  • mallar və ya nəqliyyat vasitələri gömrük ərazisindən çıxarıldığı müddətədək.

Mallar və nəqliyyat vasitələri üzərində səlahiyyəti olan şəxslər və yaxud onların nümayəndələri də qanunvericiliyə uyğun olaraq gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.

Malların gömrük proseduru altında yerləşdirilməsilə bağlı olan ümumi tələblərə uyğun gömrük əməliyyatları tamamlandıqdan və ödənişlər ödənildikdən sonra rəsmiləşdirilmə başa çatmış hesab olunur.

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Tender nədir? Satınalmaları hazırlamaq üçün nə etmək lazımdır?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.