Gömrük dəyərinin müəyyən edilməsi

19 Yanvar 20240

Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq səviyyədə qəbul olunmuş əsas prinsiplərə əsaslanır. Bu ümumi prinsiplər gömrük ərazisinə gətirilən mallara şamil edilir.

Malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” AR qanunu ilə müəyyən edilir. Gömrük dəyərləndirilməsi qaydaları bu qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Malların gömrük dəyərinin müəyyən edilməsi qaydaları qanunvericliklə müəyyən edilən sadə və ədalətli meyarlara əsaslanmalıdır. Gömrük dəyərləndirilməsinin prosedurlarının malların təchizat mənbələrinə görə fərqlənmsi yolverilməzdir.

Malın gömrük dəyərinin bəyan edilməsi

Malların gömrük sərhədindən keçirilməsi üçün, gömrük dəyəri bəyannaməçi tərəfindən malın gömrük dəyəri AR gömrük orqanına bəyan edilməlidir. Gömrük orqanı gömrük dəyərinin müəyyən edilməsinə nəzarət edir.

Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Gömrük orqanı təqdim edilmiş konfidensial və məxfi məlumatlardan gömrük dəyərləndirilməsi üçün istifadə edə bilər. Lakin məhkəmə qərarı ilə müəyyən edilən hallardan başqa digər bütün hallarda şəxsin və ya məlumatı təqdim edən dövlət orqanının icazəsi olmadan bu məlumatın digər dövlət orqanları və ya üçüncü şəxslə paylaşılması yolverilməzdir.

Gömrük dəyərinin müəyyən edilməsi üsulları

Gömrük ərazisinə daxil olan malların gömrük dəyəri aşağıda qeyd olunan üsullarla müəyyən edilir:

  1. malların sövdələşmə qiyməti ilə;
  2. eyni malların sövdələşmə qiyməti ilə;
  3. eynicinsli malların sövdələşmə qiyməti ilə;
  4. dəyərin çıxılması üsulu ilə;
  5. dəyərin toplanması üsulu ilə;
  6. ehtiyat üsulu ilə.

Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsülu malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsidir. Bu üsuldan istifadə etmək mümkün olmadığı halda, digər üsullar tətbiq edilir. Digər üsülların tətbiqi ardıcıl olaraq aparılmalıdır. Bu zaman dəyərin müəyyən edilməsi  yuxarıda göstərilən üsulların  sıra ilə ardıcıllığına uyğun aparılır. Qeyd edək ki, bəyannaməçinin seçiminə görə dəyərin çıxılması və dəyərin toplanması üsulları istənilən ardıcıllıqla tətbiq edilə bilər.

Malların gömrük dəyərinin sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilməsi

Malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyən edilən zaman, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli qiymətə aşağıda qeyd olunanlar əlavə edilir:

  • alıcı tərəfindən çəkilmiş, lakin mallara görə faktiki ödənilmiş və yaxud ödənilməli olan qiymətə daxil edilməmiş xərclər:
    • alıcı tərəfindən malların satın alınması ilə əlaqədar onu təmsil edən nümayəndəsinə malın alınması ilə bağlı təmsilçilik xidməti üçün ödənilmiş və ya ödənilməli xərclər istisna olmaqla, digər broker və komisyon mükafatlandırılmaları üzrə xərclər;
    • idxal edilmiş malların gömrük məqsədləri üçün konteynerlərin dəyəri;
    • qablaşdırma materiallarının, həmçinin qablaşdırma ilə bağlı işlərin dəyəri də daxil olmaqla, alıcının çəkdiyi qablaşdırma xərcləri;
  • idxal olunan malların istehsalı və ixrac edilməsi üçün satılması məqsədi ilə alıcı tərəfindən satıcıya birbaşa və ya dolayısı ilə pulsuz və ya aşağı qiymətlə verilmiş aşağıda qeyd olanan xidmət və ya malın faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş dəyəri:
    • idxal edilən malların tərkib hissəsi olan materialların, həmçinin komplektləşdirici hissələrin və digər məmulatların dəyəri;
    • idxal edilən malların istehsalında istifadə edilmiş alətlərin, qəliblərin, ştampların və digər ləvazimatların dəyəri;
    • idxal edilən malların istehsalında sərf edilmiş yanacaq, sürtgü yağları və digər materialların dəyəri;
    • gömrük ərazisindən kənarda həyata keçirilmiş və idxal edilən malların istehsalı üçün lazım olan layihələndirmə, təcrübi-konstruktor, mühəndis, bədii tərtibat, eskiz və çertyoj işlərinin dəyəri;
  • ticarət nişanları, patentlər və müəlliflik hüquqları üçün ödənişlər də daxil olmaqla, dəyərləndirilən malların satışı ilə əlaqədar alıcının dolayı və ya birbaşa yolla ödəməli olduğu lisenziya haqqı və royalti. Əgər faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmişdirsə;
  • alıcı tərəfindən mallar istifadəsində və ya onlar barədə sərəncam verilməsindən satıcıya dolayı və ya birbaşa yolla çatan və ya çatmalı olan gəlir hissəsinin dəyəri;
  • idxal edilən malların sığorta xərcləri, hava və dəniz limanına və ya gömrük ərazisinə daxil olduğu yerə qədər olan nəqliyyat xərcləri, həmin yerə qədər malın yüklənmə və boşaldılma xərcləri.

Gömrük dəyərinə daxil edilməyən xərclər

Mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyən edilmiş aşağıda göstərilən  xərclər gömrük dəyərinə daxil edilmir:

  • sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar yığılma, tikinti-inşaat, istismar, quraşdırma və texniki yardım xərcləri;
  • malların gömrük ərazisində daşınması ilə bağlı yaranmış xərclər;
  • gömrük ərazisində ödənilməli rüsum və digər ödənişlər;

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması şərtləri və qaydaları

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.