Hansı sahibkarlıq fəaliyyəti sahələri lisenziya almalıdır?

19 Fevral 20230

Bir sıra sahibkarlıq fəaliyyəti növləri mövcuddur ki, onları həyata keçirmək üçün mütləq müəyyən edilmiş icazələr – lisenziya almalısınız. Bu yazımızda lisenziya almalı olan müəyyən spesifik sahibkarlıq fəaliyyəti növlərindən danışacağıq.

Aşağıda qeyd etdiyimiz fəaliyyət sahələri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq lisenziya almalıdır. Lisenziya alınmalı olan fəaliyyət sahələrinin tam siyahısını yazının sonunda qeyd etdiyimiz linkdən əldə edə bilərsiniz.

 

Təhsil müəssisələrinin fəaliyyəti

Bu fəaliyyət növünə lisenziyaların verilməsini Təhsil Nazirliyi həyata keçirir. Təhsil formasından asılı olmayaraq, bütün növ təhsil müəssisələri lisenziya almalıdır.

 

Bank fəaliyəti, bank olmayan kredit və sığorta təşkilatları

Qanunvericilik çərçivəsində bu tip fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar qanunda göstərilmiş minimal kapital və s. kimi tələbləri yerinə gətirməlidir. Sığorta təşkilatlarına Maliyyə Nazirliyi, bank fəaliyyəti və bank olmayan kredit təşkilatlarına lisenziyaların verilməsi ilə isə Mərkəzi Bank məşğul olur.

 

Tibb və əczaçılıq fəaliyyəti

Bu fəaliyyət növünə lisenziyaların verilməsini Səhiyyə Nazirliyi həyata keçirir.

 

Rabitə xidmətləri

İP-telefoniya, sürətli poçt xidməti, simsiz telefon və s. bu kimi rabitə xidmətləri göstərmək istəyən sahibkarlar lisenziya almaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməlidir.

Bu fəaliyyət sahələri ilə bərabər, fond birjası və investisiya fəaliyyəti, özəl mühafizə fəaliyyəti, neft-qaz məhsullarının satışı və s. kimi fəaliyyət sahələri də xüsusi razılıq icazəsi (lisenziya) almalıdır. Tam siyahını görmək üçün bu linkə keçid edə bilərsiniz.

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

 

HƏMÇİNİN OXU: Rüblük vergi hesabatları tərtib olunarkən nələrə diqqət etmək lazımdır?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.