ISO sertifikatı almadan öncə nə etməliyəm?

20 Noyabr 20230

Yəqin ki, ətrafınızda ISO sertifikatı alan bir çox müəssisə tanıyırsınız və bəlkə də siz də öz biznesinizi qurarkən xidmətinizin keyfiyyətini təsdiqləyəcək ISO sertifikatları almaq barədə düşünmüsünüz. Bəs bunu necə etmək lazımdır? Bu yazımızda sizə bu haqda məlumat verəcəyik.

ISO sertifikatı nədir?

ISO sertifikatı hər hansı bir təşkilat və ya müəssisənin beynəlxalq standartlara uyğunluq səviyyəsini müəyyən edən sertifikatdır. Bu sertifikat müəssisə və ya təşkilat daxilindəki idarəetmə proseslərinin yaxşılaşdırılmasına xidmət göstərilməsini təmin edir. ISO sertifikatını audit təşkilatı tərəfindən həyata keçirilən proses olaraq da düşünə bilərik. Səlahiyyətli auditor tərəfindən ISO standartlarında audit apardığı və bunun nəticəsində həmin müəssisənin tələblərə uyğunluğunu təsdiq edilir. Bununla da idarəetmə sistemi ilə yanaşı, istehsal prosesi, həmçinin xidmət və ya sənədləşmə proseslərinin də keyfiyyət təminatı və standartlaşma üçün tələblərə uyğun olduğu göstərilir.  Uyğunluq halında ümumi keyfiyyət prinsiplərini müəyyən edən fərqli ölkələrin nümayəndələrinin üzvü olduğu ISO Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən setifikat verilir. Bu təşkilat müstəqil, qeyri-hökumət, beynəlxalq təşkilatdır. ISO sertifikatları enerji idarəçiliyi, sosial məsuliyyət- ətraf mühit, qida, iş sağlamlığı kimi daha xüsusi məsələlərdə keyfiyyəti yüksəltməyk məqsədilə verilir. Hər bir sertifikatlaşdırmanın ayrı standartları vardır və müxtəlif meyarlara görə ədədi olaraq təsnif edilir.

ISO sertifikatını necə əldə etmək olar?

Təşkilat və ya müəssisəniz üçün ISO sertifikatı almaq istəyirsinizsə, bu zaman ilk öncə səlahiyyətli sertifikatlaşdırma şirkətinə müraciət etməlisiniz. Hazırda Azərbaycan Respublikası ərazisində müxtəlif akkreditə olunmuş idarəetmə sistemlərini sertifikatlaşdıran orqanlar vardır. Bu orqanlar ISO Beynəlxalq Standartlaşdırma təşkilatı, eyni zamanda ölkənin ümumi akkreditə olunuş təşkilatları tərəfindən təsdiq edilən şirkətlər olmalıdır. Müraciət etdikdən sonra baş auditor tərəfindən sertifikat almaq üçün qoyulan tələblərə uyğun olduğunuz müəyyən edildikdən sonra sertifikat almağa haqq qazanmış olacaqsınız.

ISO sertifikatını əldə etmədən öncə nəyi bilməliyəm?

Müəssisə və ya təşkilatınız üçün ISO sertifikatı almağı planlayırsınızsa bir neçə məqama diqqət etməlisiniz. Ən əsas məqam almaq istədiyiniz sertifikata qərar verməyinizdir. Biznesiniz fəaliyyət sahəsindən asılı olaraq aşağıda sadalanan bəzi ISO sertifikatları üçün müraciət edə bilərsiniz:

  • ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi
  • ISO 10002 Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi
  • ISO 13485 Tibbi Cihazların Keyfiyyət İdarəetmə Sistemi
  • ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi
  • ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
  • ISO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi
  • ISO 45001 İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi

 

Yuxarıda qeyd olunduğu kimi sektora uyğun olaraq müxtəlif sertifikatlar əldə edə bilərsiniz. Ümumi keyfiyyət ideaəetmə standartlarını müəyyən və təmin edən sertifikat isə sektordan asılı olmayaraq hər bir biznes üçün əldə edilə bilən bir sertifikatdır.

Sertifikatlaşdırma orqanına müraciət etmədən öncə bir sıra hazırlıqlarınızı tamamlamalısınız. Bu mərhələlər də tamamlandıqdan sonra müraciətinizi edə bilərsiniz.

  • ISO tələblərinə uyğunluq səviyyəsi yoxlanılmalıdır
  • ISO idarəetmə sisteminin öz iş prosesinizə uyğunlaşdırılması
  • Prosesə nəzarət etmək və qiymətləndirmə aparmaq

Biznesiniz üçün ən uyğun standartı seçib, son hazırlıq mərhələrini də tamamladıqdan sonra səlahiyyətli sertifikatlaşdırma oqanı tərəfindən verilən İSO sertifikatınızı ala bilərsiniz.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX:  Fiziki şəxslər və hüquqi şəxslər kimlərdir?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.