Vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri işlədikləri və ya işdən çıxdıqdan sonrakı dövrdə öz vəzifələrini yerinə yetirdikləri zaman, vergi ödəyiciləri barədə əldə etdikləri məlumatları və ya onlara etibar edilən məlumatın məxfiliyini qorumağa borcludurlar.
Hansı məlumatlar kommersiya və ya vergi sirri hesab olunur?
Aşağıda qeyd olunan məlumatlardan başqa, vergi ödəyicisi haqda əldə edilən digər məlumatlar kommersiya və ya vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:
- vergi ödəyicisinin öz razılığı ilə aşkar edilən məlumatlar;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və təsərrüfat subyektinin uçot koduhaqqında məlumat;
- müəssisənin nizamnamə kapitalı haqqında məlumat;
- vergiyə dair qanunvericiliyinin pozulması halları və bu zaman tətbiq olunan məsuliyyət tədbirləri haqqında məlumat.
- vergilər, işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları, maliyyə sanksiyaları və faizlər üzrə
- hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri və onların payları haqda məlumatlar istisnadır).
- vergi ödəyicisinin ƏDV üçün qeydiyyatı haqqında məlumat;
- qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında məlumat;
- vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması, vergi orqanının bununla bağlı qəbul etdiyi qərarlarhaqqında məlumat.
Kommersiya və ya vergi sirrinin açılması və istifadə olunması
“Kommersiya sirri haqqında” AR qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini hesab olunan məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, açılmamalıdır.
Kommersiya və (və ya) vergi sirrinin açılmasına vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, ekspertə və ya cəlb edilmiş mütəxəssisə məlum olan kommersiya və ya vergi sirrinin istifadəsi, həmçinin başqa şəxsə verilməsi aid edilir.
Kommersiya və ya vergi sirri hesab olunan məlumatların qorunması, həmçinin əldə edilməsinin xüsusi rejimi vardır.
Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.
Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatların itirilməsi və ya bu məlumatların açılması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.
Kommersiya və ya vergi sirri hesab olunan məlumatların digər orqanlara verilmə halları
Vergi Məcəlləsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyiciləri barədə məlumat yalnız aşağıda qeyd olunan hallarda digər orqanlara verilə bilər:
- vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi üçün vergi orqanı və vəzifəli şəxslərinə;
- cinayət tərkibli pozuntular ilə bağlı istintaq aparılması və qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanına;
- ədalət mühakiməsinin həyata keçirilməsi üçün müvafiq məhkəmələrə;
- AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına;
- “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, AR qanunları ilə müəyyən olunan vəzifələrin icrası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən quruma;
- gömrük qanunvericiliyinin tətbiq edilməsi üçün gömrük orqanlarına;
- cinayət yolu ilə əldə edilən pul vəsaiti və ya əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üçün maliyyə monitorinqi orqanına;
- “İcra haqqında” AR qanununa əsasən icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə icra məmurlarına;
- “Notariat haqqında” AR qanununa əsasən notariat hərəkətlərinin aparılması və əlaqədar xidmətlərin göstərilməsi məqsədilə notariuslara;
- “Hesablama Palatası haqqında” AR qanunu ilə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi üçün AR Hesablama Palatasına;
- Digər hallar.
Vergi ödəyicisi haqqında məlumat onun yazılı icazəsi ilə digər şəxsə verilə bilər.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.