Konsaltinq xidmətləri dedikdə biznesin inkişafı üçün onun daxili idarəetmə sistemlərində olan boşluqların müəyyən edilməsi, şirkətin maliyyə və vergi planlaması, hüquqi məsələlərlə bağlı xidmətlər, büdcənin idarə edilməsi və bu kimi mövzularda professional dəstək verilməsi xidmətləri nəzərdə tutulur. Bu xidmətlərə ətraflı nəzər salaq.
- Vergi planlaması. Bəzən müəyyən vergi üstünlükləri və azadolmalar olmasına baxmayaraq şirkətlər bundan xəbərsiz olur. Lakin peşəkar dəstək alaraq bu üstünlüklərdən faydalana və vergi yükünü azaltmaq mümkündür.
- Maliyyə idarəetməsi və risklər. Risklərin idarə edilməsi şirkətlərin hədəfə çatmaq üçün çıxdıqları yolda qarşılaşa biləcəkləri qeyri-müəyyənliklərin, təhlükələrin müəyyən edilməsi, analiz edilməsi, dəyərləndirilməsi, kontrol edilməsidir. Bütün bu proseslərlə yanaşı bu müddət ərzində şirkətin xərcləri və gəlirlərinin detallı analizi davamlı olaraq aparılır. Bu xidmət şirkətin mənfəətinin artırılmasına və borclarının azaldılmasına yönəldilir. İrəliləyişlərin artan tempdə davam etdirilməsi üçün strategiyalar müəyyən olunur.
- Strateji planlama və qərar vermə. Şirkətlərin uzun müddətli hədəflərinin müəyyən edilməsi prosesində peşəkar dəstək almaq üçün konsaltinq xidmətlərindən istifadə olunur. Hədəflər əlçatan və ölçülə bilən olmalıdır. Bu hədəflərə çatmaq üçün strategiyalar araşdırılır. Strategiyaların qurulması bizneslərin rəqabətdə üstünlük əldə etməsinə xidmət edir. Bu müddətdə şirkətin bütün qaynaqları – insan faktoru, maliyyə və fiziki qaynaqları həmin hədəfə çatmaq üçün yönləndirilir. Konsaltinq xidmətlərindən istifadə edən şirkətlər fəaliyyətlərinin “performans dəyərləndirməsini” çıxarır və bu mənada özləri üçün bir yol xəritəsi əldə etmiş olurlar.
Yeni qurulan şirkətlər üçün konsaltinq xidmətləri
Bir şirkət qurmaq üçün ən vacib olan məqamlardan biri sağlam təməldir. Bu təməli isə işini bilən şəxs və ya şirkətlərdən dəstək alaraq möhkəmləndirmək olar. Yuxarıda qeyd etdiyimiz kimi konsaltinq xidmətləri şirkətlərə müəyyən üstünlüklər qazandırır. Bununla yanaşı yeni qurulan şirkətlər üçün bu xidmətlərin əlavə üstünlükləri də vardır. Yeni başlayan şirkətlər üçün konsaltinq xidmətlərinə daxildir:
- İş planı. Yeni bir şirkət üçün hədəf və strategiyaların müəyyən edilməsi, bu sahədə bazardakı rəqabət, fəaliyyət planının hazırlanması kimi xidmətlər buraya daxildir. Bi iş planı olmadan o işə başlamaq biznes üçün gözlənilməyən problemlərlə qarşılaşmağa səbəb ola bilər.
- Hüquqi məsələrin həlli. Şirkətlərin hüquqi olaraq fəaliyyətinin rəsmiləşdirilməsi, müqavilələrin hazırlanması kimi proseslər qanuna uyğun olaraq aparılmalıdır. Bu proseslərin həyata keçirilməsi üçün şirkət konsaltinq xidmətlərindən istifadə edə bilər.
- Zamana qənaət. Yeni şirkətlərin planlanan hədəflərə çatması üçün qarşısında uzun bir yol var. Bu yolu qət etmək və rəqabət mühitində sürətli davranmaq üçün atılan hər bir addım ağıllı bir yatırımdır. Şirkətlər qısa yolları bilən birinin köməyindən istifadə edərək eyni zamanda daha çox yol qət etmiş olurlar.
- Qlobal bazara açılmaq. Qloballaşan dünyada öz şirkətini böyütmək və daha çox maliyyə əldə etmək üçün başqa ölkələrdə də fəaliyyət göstərmək şərtdir. Bunu etmək üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) keçid etmək və bu müddətdə ölkə xaricindəki biznesin maliyyə idarəetməsində dəstək almaq biznesdə atılan doğru addımdır. Çünki qlobal bazardakı maliyyə və digər məsələlər bir qədər fərqli işləyə bilər. Bunun üçün birinci addım bu məsələlərdən xəbərdar olmaq, daha sonra ona uyğunlaşmaqdır. Konsaltinq xidmətlərindən istifadə böyümək arzularınızı əlçatan edir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Cari vergi ödəmələri