Müxtəlif sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsi üçün hüquqi şəxs və ya fərdi sahibkarlardan lisenziya tələb oluna bilər. AR-da lisenziya və icazələr sisteminin tənzimlənməsinin iqtisadi, hüquqi və təşkilati əsasları “Lisenziyalar və icazələr haqqında” AR-nın Qanunu ilə müəyyən edilir.
Lisenziya almaq üçün hansı sənədlər lazımdır və necə müraciət etməliyəm?
Ərizəçi lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə təqdim etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
- əgər ərizəçi hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olarsa, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- əgər ərizəçi fərdi sahibkardırsa şəxsiyyət şəxsiyyəti təsdiq edən sənədin surəti;
- ərizəçinin vergi ödəyicisi olaraq uçota alınması haqqında şəhadətnamənin surəti;
- ərizədə qeyd edilən obyektlər üçün ərizəçinin istifadə, mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin surəti ;
- fəaliyyət növündən asılı olaraq, AR-nın qanunları ilə müəyyən edilən şərtlərin və AR Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər.
Hansı fəaliyyət növləri üçün lisenziya tələb olunur?
Lisenziya tələb olunan fəaliyyət növləri qanunla müəyyən edilən meyarlardan biri nəzərə alınmaqla müəyyənləşdirilir. Həmin meyarlar aşağıdakılardır:
- əgər fəaliyyət dövlət təhlükəsizliyinə təsir edirsə;
- əgər fəaliyyət məhdud olan təbii ehtiyatlardan istifadəni nəzərdə tutursa;
- əgər fəaliyyət ətraf mühitin ekologiyasına mənfi təsir göstərə bilərsə;
- əgər fəaliyyət qeyri-məhdud sayda şəxslərin sağlamlığı, həyatı və əmlakı üçün təhlükəli olarsa.
Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı
- Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi
- Özəl tibb fəaliyyəti
- Əczaçılıq fəaliyyəti ilə bağlı dərman vasitələrinin istehsalı, topdan və pərakəndə satışı.
- Prekursorların istehsalı, ixracı, idxalı və tranzit nəql edilməsi
- Təhsil fəaliyyəti:
– məktəbəqədər təhsil müəssisələri (dövlət təhsil müəssisələri istisna)
– liseylər və gimnaziyalar daxil olmaqla ümumi təhsil müəssisələri
– peşətəhsili müəssisələri
– orta ixtisas təhsili müəssisələri
– ali təhsil müəssisələri
– əlavə təhsil müəssisələri
Qeyd: dövlət təhsil müəssisələri istisnadır
– dini orta ixtisas təhsili müəssisələri
– ali dini təhsil müəssisələri
- Telekommunikasiya və poçt rabitəsi xidmətləri:
– telefon (məftilli)
– radiotrank və simsiz telefon
– İP-telefoniya (internet telefoniya)
– ölkədaxili və beynəlxalq telekommunikasiya kanallarının təşkili
– məlumatların ötürülməsi
– sürətli poçt xidməti
- Radioaktiv və ionlaşdırıcı şüalar buraxan maddələrin tullantılarının saxlanması
- Təhlükəli yüklərin nəqliyyatla daşınması
- Təbii qaz və maye təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı
- Liftlərin quraşdırılması və təmiri fəaliyyəti
- Attraksionların istismarı
- Təhlükə potensiallı obyektlərdə avadanlığın və texniki qurğuların diaqnostikası və texniki yoxlamaların keçirilməsi
- Qaldırıcı qurğuların, təzyiq altında işləyən qazanların, metallurgiya avadanlığının tutumların quraşdırılması və təmiri
- Yanğından mühafizə fəaliyyəti.
- Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış və tikinti-quraşdırma işləri, həmçinin bina və qurğuların layihələndirilməsi
- Özəl baytarlıq xidmətifəaliyyəti
- Baytarlıq preparatlarının istehsalı və satışı
- Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı və idxalı
- Fərdi ovçuluq təsərrüfatlarının təşkili
- Yabanı dərman bitkiləri xammalının istehsal üçün tədarükü
- Müxtəlif növ möhürlərin və ya ştampların hazırlanması
Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” AR Qanunu ilə müəyyən edilir. Fəaliyyət növünə uyğun olaraq dövlət rüsumlarının məbləği ilə Asan Xidmətin rəsmi saytından ətraflı məlumat əldə edə bilərsiniz.
Lisenziyaların verilməsi prosesi necə gedir?
Lisenziya verən orqan tərəfindən ərizə və ona əlavə edilən sənədlər yoxlanılır. Əgər hər hansı bir çatışmazlıqlar aşkar edilərsə 5 iş günündən gec olmayaraq ərizəçi onların aradan qaldırılması barədə məlumatlandırılır.
Ərizəçi məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində çatışmazlıqları aradan qaldırmalıdır.
Əgər aşkar olunmuş çatışmazlıqlar göstərilən müddətdə aradan qaldırmazsa inzibati akt qəbul edilir və bu məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edilir.
Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırılarsa lisenziyanın alınması üçün təkrar ərizə ilə müraciət edə bilər.
Lisenziya verən orqan rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. (müddət 20 gündən çox olmayaraq uzadıla bilər). Bu müddət ərzində rəy bildirilmədikdə, rəy müsbət hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır.
AR qanunlarında daha qısa müddət müəyyən edilməyibsə, lisenziya verən orqan ərizənin qeydiyyata alındığı vaxtdan 10 iş günündən gec olmayaraq lisenziyanı verir yaxud verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
Hansı hallarda lisenziyaların verilməsindən imtina edilə bilər?
Əgər yuxarıda qeyd oluan ərizə və ya ona əlavə edilən sənədlərdə hər hansı qanunauyğunsuzluq aşkar edilərsə və ya ərizəçinin lisenziya şərtlərini yerinə yetirməkdən boyun qaçırarsa lisenziyanın verilməsindəən imtina edilə bilər. Bu zaman imtina haqqında inzibati akt imtina halları göstərilməklə əsaslandırılmalıdır. Ərizəçi həmin aktdan inzibati qaydada məhkəməyə şikayət verə bilər.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.