Lisenziya və ya icazə qanunvericiliklə hansı hallarda dayandırıla və ya ləğv oluna bilər? Bu yazımızda bu halları qeyd etdik.
Lisenziya və ya icazənin dayandırılması
Lisenziya və icazə aşağıda qeyd olunan hallarda dayandırılır:
- lisenziya (icazə) sahibi tərəfindən bununla bağlı müvafiq ərizə təqdim edildikdə;
- lisenziyanın sahibi icazə və lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı icazə və lisenziya verən orqanın, müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;
- qanunvericiliklə müəyyən edilmiş digər hallarda.
İcazə və lisenziya müvafiq orqanın inzibati aktı ilə dayandırılır. İnzibati aktda həmçinin lisenziyanın dayandırıldığı müddət və dayandırılmaya əsas verən hallar göstərilməlidir. Göstərilən əsaslar üzrə icazənin və lisenziyanın dayandırılması haqqında inzibati aktda buna səbəb olan halların aradan qaldırılması ilə bağlı görülməli tədbirlər və onların nəticəsi göstərilməlidir.
Lisenziyada göstərilən fəaliyyət növünün hər hansı alt növünü həyata keçirmək hüququnun dayandırılması bu fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur.
Lisenziyanın (icazənin) sahibi icazənin və lisenziyanın dayandırıldığı müddət bitdiyi müddətə qədər bu halları aradan qaldırmalı (2-ci və 3-cü əsaslar) və nəticəsi haqqında 3 iş günü ərzində müvafiq orqana yazılı məlumat verməlidir.
Yuxarıda qeyd olnunan 1 ci əsas üzrə dayandırılmış icazə və lisenziya lisenziya sahibinin müvafiq ərizəsinə, 2 və 3-cü əsaslarla dayandırılmış icazə və lisenziya isə bu halların aradan qaldırılması ilə bağlı lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən müvafiq orqanın inzibati aktı ilə bərpa olunur.
İcazə və lisenziyanın dayandırılması və bərpası haqqında inzibati akt qəbul olunduğu gündən 2 iş günü ərzində lisenziyanın sahibinə təqdim edilir və ya poçt vasitəsilə göndərilir.
Lisenziya və ya icazənin sahibi dayandırılma haqqında olan inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Lisenziya və ya icazənin ləğvi
Lisenziya və ya icazə aşağıda qeyd olunan hallarda ləğv edilir:
- lisenziyanın (icazənin) sahibi lisenziyanın ləğvi ilə bağlı müvafiq ərizə təqdim etdikdə;
- lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, nümayəndəliyi, xarici hüquqi şəxsin filialı ləğv edildikdə;
- lisenziyanın və ya icazənin sahibi olan fiziki şəxsin fərdi sahibkar fəaliyyətinə xitam verildikdə;
- məhkəmənin qərarı olduqda;
- lisenziyanın (icazənin)müddəti qurtardıqda;
- lisenziyanın və icazənin verilməsi zamanı təqdim edilmiş sənədlərdə sonralar səhv məlumatlar aşkar edildikdə;
- qanunvericiliklə müəyyən olunan məsələlərlə əlaqədar icazə verən orqana yazılı məlumat verilmədikdə;
- lisenziyada qeyd olunan icazə və fəaliyyət növü icazə tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda;
- lisenziyanın və icazənin verilməsi üçün müəyyən olunan dövlət rüsumunun ödənilməsi tələb olunduqda, ödənilmə faktını təsdiq edən sənəd qanunvericilikdə nəzərdə tutulan müddətdə müvafiq orqana təqdim edilmədikdə;
- qanunla müəyyən edilmiş digər hallarda.
Lisenziya və icazə yuxarıda göstərilən hallara (məhkəmənin qərarı halı istisna) istinad edilməklə, müvafiq orqan tərəfindən inzibati akt ilə ləğv edilir. Qəbul olunduğu gündən 2 iş günü ərzində inzibati akt lisenziyanın sahibinə təqdim edilir və ya poçt vasitəsilə göndərilir.
Yuxarıdakı hallarda ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna (2-ci və 3-cü hallar istisna) xitam verilməsi, həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur.
Lisenziyanın və ya icazənin sahibi inzibati aktdan məhkəməyə şikayət verə bilər.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Hüquqi şəxsin ləğvi, yaranması və yenidən təşkili