Mühasibatlıq sahəsi müasir dünyada çox lazımlı və geniş bir sahədir. Bu sahədə mühasib peşəsinə sahiblənmək istəyən şəxslər bu peşəsinin xüsusiyyətlərinə də yiyələnməli, sahənin tələb etdiyi bilik və bacarıqları öyrənməli və inkişaf etdirməlidirlər. Mühasiblərin əsas işi maliyyə məlumatlarının idarəsi və onların düzgün şəkildə işlənməsi, bu məlumatların lazımı şəxlərə və qurumlara doğru anda və doğru şəkildə çatdırılması prosesində iştirak etməkdir. Bu sahə davamlı dəyişən dinamik sahə olduğundan mühasiblər də davamlı olaraq araşdırmalı, qanun və qaydalardan məlumatlı olmalı, dəyişiklikləri izləməli və şirkətlərin maliyyə məlumatlarını düzgün analiz etmək üçün dərin analitik düşüncəyə malik olmalıdırlar. Bu yazımızda mühasib peşəsinin xüsusiyyətlərindən danışacağıq.
Dəqiqlik və dürüstlük
Mühasiblərin işlərində ən vacib xüsusiyyətlərdən biri dəqiqlik və dürüstlükdür. Mühasiblər maliyyə məlumatlarını düzgün şəkildə idarə etməli və heç bir səhvə yol verməməlidirlər. Bu xüsusiyyətlər həm də mühasiblərin peşə etikasının bir hissəsidir. Məlumatların yanlış işlənməsi və yol verilən qeyri-dəqiqlik sonrakı mərhələlərdə maliyyə əməliyyatları barədə səhv məlumatların toplanmasına və nəticədə düzgün olmayan hesablama və analizlərə səbəb ola bilər. Bir-biri ilə əlaqəli olan növbəti mərhələrdə səhvlərin araşdırılması və yenidən işlənməsi daha çox zaman ala bilər. Ən pis halda isə yanlışlıqlar müxtəlif maliyyə cəzalarının tətbiq olunmasına səbəb ola bilər. Bu hallardan qorunmaq üçün mühasiblər şirkətlərin daxili auditini apararaq yaranan səhvlər və boşluqları müəyyən edərək məlumatların dəqiq və düzgün olmasını təmin edilər. Daxili auditin aparılması həmçinin də aparılan əməliyyatların qanunvericiliyə və tətbiq olunan qaydalara uyğunluğunu yoxlamaq üçün vacibdir.
Analitik düşüncə
Mühasiblər maliyyə məlumatlarını analiz etməli və bu məlumatlardan düzgün nəticələr çıxarmalıdırlar. Bu, maliyyə hesabatlarının tərtib edilməsində və müəssisənin maliyyə durumunun qiymətləndirilməsi proseslərində vacibdir. Bir sonrakı addım əvvəlki məlumatların analizi əsasında atılmalıdır ki, davamlı yüksələn xətlə inkişaf mümkün olsun. Aparılan analizlər müəsisənin gələcək maliyyə strategiyalarının və maliyyə qərarlarının formalaşmasında da mühüm rol oynayır.
Qanunvericiliyi bilmək
Mühasiblər ölkənin müvafiq maliyyə qanunlarına və qaydalarına tam bələd olmalıdırlar. Vergi qanunvericiliyi, maliyyə hesabatları və digər müvafiq qaydalar mühasiblərin işinin əsasıdır. Qanunvericilikdə hər hansı dəyişiklik baş verdiyi zaman dəyişikliklərin izlənməsi ilə tətbiq oluna biləcək müxtəlif güzəştlərdən faydalanmaq və ya cərimələrdən qorunmaq mümkündür. Mühasiblər qanunvericiliyinə uyğun olaraq vergi hesabatlarını tərtib etməklə vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmiş olurlar.
Kompüter bacarıqları
Müasir dövrdə demək olar bütün peşələrdə müəyyən qədər kompüter biliklərinin olması vacibdir. Mühasiblər də öz sahələrinə aid müxtəlif mühasibat proqramlarından istifadə edirlər. Bu proqramlardan istifadə ilə onlar mühasibatlıq işlərini daha səmərəli və dəqiq şəkildə yerinə yetirə bilirlər.
Sertifikat və diplomlar
Mühasiblər adətən müvafiq sertifikatlara malik olurlar. Bu sertifikatlar mühasibin peşəkarlığını təsdiq edir və onun bilik və bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir. Mühasiblər öz sahəsindəki yenilikləri izləyərək həm yerli, həm də beynəlxalq dərəcəli sertifikatlar əldə edərək peşəkarlıqlarını təsdiqləyə bilərlər.
Qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, mühasib peşəsi müəssisələrin gələcək fəaliyyəti üçün onların maliyyə məlumatlarının dəqiq və dürüst idarə edilməsini tələb edən məsuliyyətli və peşəkar bir sahədir. Mühasiblərin işi maliyyə fəaliyyətinin düzgün və səmərəli şəkildə idarə olunmasında vacib rol oynayır.
Müəssisəniz üçün etibarlı mühasibatlıq şirkəti seçərək maliyyə hədəflərinizə çata bilərsiniz. Bunun üçün xidmətinizdəyik.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: MMC nədir və necə təsis edilir?