Mühasibatlıqda ən çox edilən səhvlər

31 Mart 20240

Mühasibatlıqda bilmədən edilən səhvlər biznes üçün ciddi itkilərə yol aça bilər. Qanuni dəyişikliklərin izlənməməsi, avtomatlaşdırılmış sistemlərdə olan nasazlıqlar, nəzarətin zəif olması, hesablama əməliyyatlarında problemlər bu səhvlərdən bir neçəsidir. Bu yazımızda mühasibatlıqda ən çox edilən səhvlərdən və onların nəticələrindən danışacağıq.

İdarəetmədə xəta

Daxili və xarici auditdə problemlər. Xarici tərəflərin güvənsizliyi. Düzgün və dəqiq hazırlanmayan maliyyə hesabatları şirkətin mövcud vəziyyətinin və gələcək planlarının düzgün qiymətləndirilməməsi deməkdir. Yanlış qiymətləndirmə isə şirkətə investorların cəlb olunmasını çətinləşdirir. Bu cür problemlərin qarşısının alınması üçün maliyyə departamenti və mühasibatlıq şöbələri birlikdə fəaliyyət üçün prosedur və standartlar təyin etməli və daxili auditi gücləndirməlidirlər. İdarəetmədəki xəta həmçinin çirkətin maliyyə resurslarının yanlış istifadəsinə səbəb ola bilər. Aktivlərin etibarsız istifadəsi şirkətin gələcək fəaliyyətinə birbaşa təsir edir.

Qanunvericiliyə uyğun olmayan hesabat və ya bəyannamələr və yanlış məlumatlardan istifadə

Maliyyə cərimələri və sanksiyalar. Hesabatlar hazırlanarkən vergi qanunvericiliyinin nəzərə alınmamaması, maliyyə hesabatlarının hazırlanması zamanı aşkar edilən səhvlər maliyyə cərimələrinə və ya sanksiyalara səbəb ola bilər. Həmçinin vergilərin vaxtında ödənilməməsi, yanlış məlumatdan istifadə edilərək bəyannamələrin hazırlanması, yoxlamalar zamanı səhv məlumatların aşkarlanması zamanı müxtəlif cərimələr və sanksiyalar tətbiq oluna bilər. Bundan qorunmaq üçün potensial səhvlər aşkarlanmalı, şirkət daxilində yoxlanma mexanizmləri güclənməlidir.

Yanlış maliyyə qərarları

Biznesin geriləməsi. Maliyyə qərarları dedikdə şirkətin maliyyə strategiyaların müəyyənləşdirilməsi, büdcənin planlı və düzgün idarə edilməsi nəzərdə tutulur.  Maliyyə qərarları şirkətin düzgün maliyyə idarəetməsində və risklərin dəyərləndirilməsində əsas rol oynayır. Bu qərarlar biznesi yüksəldə də bilər, geriləməsinə də səbəb ola bilər. Yanlış maliyyə qərarları bizneslərin qarşısına qoyduğu planlara çatmağa mane olur. Bunların aradan qaldırılması üçün maliyyə məlumatları davamlı analiz edilməlidir.  Maliyyə məlumatlarının təhlili mövcud səhvlərin müəyyən edilməsinə, onların aradan qaldırılması yollarının tapılmasına, gələcəkdə düzgün qərarların verilməsi proseslərinə kömək edir. İnvestisiya üçün yeni layihələrin qiymətləndirilməsi üçün etibarlı məlumat bazası yaradır.

Gəlir və xərc tarazlığının pozulması. Qazanc və xərc arasındakı əlaqənin düzgün dəyərləndirilməməsi, mənfəətin düzgün hesablanmaması, şirkətin gəlir qaynaqlarının düzgün müəyyən edilməməsi, xərclərin planlı idarə olunmaması xərclərin qazancdan daha çox olmasına səbəb olur. Bunlar maliyyə strategiyalarının təyin edilməsində zamanı yaranan boşluqlardan meydana çıxır. Son nəticədə isə bu boşluqların olması biznesin tənəzzülünə gətirib çıxarır.

Maliyyə standartlarına uyğun olmamaq

Beynəlxalq və yerli maliyyə standartlarının tələblərinə cavab verməmək xüsusən də xaici bazarda bizneslər üçün potensial risklərin qaçınılmaz olmasına, hesabatlardakı dəqiqlik və şəffaflığa əməl edilməməsinə və bunun nəticəsində də maliyyə sanksiyalarına səbəb ola bilər. Bunun üçün şirkətlər maliyyə və vergi hesabatlarının hazırlanmasında standartları nəzərə almalı və dəqiq və şəffaf hazırlamalıdırlar.

Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, mühasibatlıqda edilən bu və bu kimi bir çox səhvlər biznesin maliyyə sağlamlığı üçün təhlükə yaradır. Şirkətiniz üçün uzun müddətli maliyyə planlarını həyata keçirmək istəyirsinizsə bu səhvləri etməməyiniz məsləhətdir.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Kassa metodu ilə gəlirin və xərcin uçotu

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.