Necə VÖEN açmaq olar?

04 Noyabr 20230

Əgər siz də VÖEN açmaq istəyirsinizsə və bunun üçün nə etməli olduğunuzu bilmirsinizsə bu məqaləmizdə bu haqda sizə məlumat verəcəyik.

AR Vergi Məcəlləsinə əsasən AR ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərinə VÖEN nömrəsi aldıqdan sonra başlaya bilərlər.  VÖEN nömrəsinin verilməsinin məqsədi vergi orqanında vergi uçotuna alınan fiziki və ya hüquqi şəxsin digər vergi ödəyicilərindən fərqləndirilməsidir.

VÖEN açmaq üçün hansı sənədlər tələb olunur? Hara müraciət etməliyəm ?

Hər bir şəxs yaşadığı ərazinin Vergi İdarəsinə və ya yaxınlıqdakı ASAN Xidmət mərkəzinə müraciət edərək VÖEN aça bilər.

VÖEN açmaq üçün lazım olan sənədlərin siyahısı aşağıda göstərilmişdir:

Asan imza sertifikatının verilməsi.

Sertifikat ödənişsizdir (dövlət rüsumundan azaddır) və dərhal verilir.

  • Şəxsiyyət təsdiq edən sənəd (vətəndaşlığı olmayan və əcnəbi şəxslər üçün onun ölkədə müvəqqəti və ya daimi yaşamaq icazəsini təsdiq edən sənəd);
  • Etibarnamə (təmsilçi müraciət etdiyi halda);
  • Asan İmza SİM kartı;
  • Asan İmza SİM kartının verilməsi ilə bağlı abonent ilə mobil operator (Bakcell, Azercell və s.) arasında bağlanmış müqavilə;
  • VÖEN (hüquqi şəxs olan və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər üçün);
  • Möhür (hüquqi şəxslər üçün).

 

Fiziki şəxsin vergi uçotuna alınması.

Prosesinin icra müddəti 1 gündür və xidmət ödənişsizdir. Uçota alınmaq üçün zəruri olan sənədlər aşağıdakılardır:

  • Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə;
  • Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin əsli və surəti;

Xidmət istifadəçiləri eyni zamanda bu xidmətdən istifadə etmək üçün kağız üzərində ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər.
Müraciətlər qəbul edilib qeydə alınır və daha sonra icra edilməsi üçün aidiyyəti struktur bölməyə göndərilir. Müraciətlə bağlı müvafiq araşdırma aparılır. Əgər təqdim olunan sənədlərdə ciddi çatışmazlıqlar aşkar edilərsə müraciətin icrasından imtina edilir, onların aradan qaldırılması haqqında istifadəçi məlumatlandırlır. İmtina səbəbləri olmazsa, eyni zamanda çatışmazlıqlar aradan qaldırıldığı halda təkrar müraciət edilə bilər. Bu zaman Fiziki şəxsin uçot məlumatları reyestrə daxil edilir və  vergi ödəyicisinə 10 rəqəmli VÖEN və Nəzarət kitabçası təqdim olunur.
İstifadəçi ərizəni elektron şəkildə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı vasitəsilə  təqdim edə bilər. Bu zaman ərizədə olan məlumatlar imzalandığı andan fiziki şəxs vergi uçotuna götürülərək ona 10 rəqəmli VÖEN verilir və müvafiq şəhadətnamə elektron ünvanına göndərilir. Şəhadətnamə və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun nümayəndəsi şəxsiyyət vəsiqəsi ilə Dövlət Vergi Xidmətinin yerli vergi orqanına müraciət etməlidir.

Digər hallarla tanış olmaq üçün Asan Xidmətin rəsmi saytından (buradan) məlumat ala və ya 195-1 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

VÖEN məlumatlarımı itirmişəm, nə etməliyəm?

VÖEN üzrə istifadəçi kodu və ya parol və şifrənizi unutmusunuzsa bu zaman yenisini əldə etməlisiniz. Bunun üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni poçt vasitəsilə qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz. Ərizələrin forması ilə linkə keçid edərək tanış ola bilərsiniz.

VÖEN-nin aktiv olub-olmadığını necə bilmək olar?

VÖEN-inizin aktivliyi haqqındakı məlumatı hüquqi və ya fiziki şəxslər üzrə, həmçinin VÖEN və ya ada görə axtarış verməktə sizə göstərilən elektron xidmətdən istifadə etməklə ala bilərsiniz.  Fəaliyyətin passiv və ya aktiv olması barədə məlumatı isə bu barədə kağız daşıyıcısında yaxud elektron formada müraciət edərək ala bilərsiniz.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Audit yoxlaması nə üçün lazımdır?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.