Mühasibatlıq xidmətlərindən istifadə sahibkarlara nə dərəcədə faydalıdır? Nə üçün şirkətlər bu xidmətdən istifadə etməlidirlər? Ümumiyyətlə mühasibatlıq sahibkarlara nə qazandırır? Bu yazımızda ən vacib hesab etdiyimiz faydalardan bəhs edəcəyik.
1. Biznesin Maliyyə Sağlamlığının Yoxlanması və Dəyərləndirilməsi
- Pul axınının idarə edilməsi:
Bizneslərin maliyyə sağlamlığını düzgün qiymətlənləndirmək üçün şirkətlər maliyyə prosedurlarını – gəlir və xərclərin qeydiyyata alınması prosesini dəqiq və əksiksiz həyata keçirməlidirlər. Bu pul axınını düzgün idarə etmək üçün atılan birinci addımdır. Həmçinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsi, yarana biləcək problemləri qabaqcadan təyin etməyə və buna uyğun olaraq tədbirlər planı həyata keçirməyə də kömək edir.
- Maliyyə göstəricilərinin analizi:
Maliyyə proseslərinin qeydiyyata alınması imkan verir ki, şirkətlər kapital dövriyyəsi, borc yükü, gəlirlilik dərəcələrini müəyyən etsin. Bu kimi detallı analizlər zəif cəhətləri aydınlaşdırmaq və çətinlikləri müəyyən etməklə ani və strateji qərarların qəbulu zamanı sahibkarların köməyinə gəlir.
2. Vergi Öhdəliklərinin Təmin Edilməsi
- Dəqiq vergi hesablamaları:
Mühasibatlıq sistemləri ilə vergilərlə bağlı vaxtında və dəqiq hesabatların aparılması şirkətləri vergidən yayınma hallarında yarana biləcək risklərdən sığortalayır, həmçinin əlavə maliyyə sanksiyaları və cərimələrdən qoruyur. Bu da sahibkarlara maliyyə vəsaitlərini daha faydalı şəkildə istifadə etməyə imkan verir.
- Vergi planlaması:
Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənməsi və yeniliklərdən vaxtınnda xəbərdar olunması sahibkarlara onlar üçün tətbiq olunan bəzi vergi güzəştlərindən vaxtında xəbərdar olmağa şərait yaradır. Vergi öhdəliklərinin öncədən planlanması da vergi yükünü daha optimal idarə etməyə və ümümi büdcəni öhdəlikləri nəzərə alaraq effektiv idarə etməyə kömək edir.
3. Məlumat Təhlükəsizliyi və Şəffaflıq
- Məlumatların qorunması:
Mühasibatlıq sistemləri imkan verir ki, şirkətlər maliyyə məlumatlarını kibertəhlükəsizlik tədbirləri ilə qorusunlar. Həmçinin yarana biləcək problemlərdə məlumatların bərpa edilməsi və yedəklənmə sayəsində məlumat itkisinin qarşısı alınsın.
- Şəffaflıq və etibarlılıq:
Maliyyə məlumatlarının şəffaflığı və etibarlılığı sahibkarlara şirkətlə maraqlanan investorlarla, əməkdaşlıq etdiyi partnyorlarla və digər maraqlı tərəflərlə etibarlı əlaqələr qurmağa və onları cəlb etməyə imkan verir. Onların şirkətə olan inamı maliyyə məlumatlarının şəffaflığı ilə möhkəmlənir, gələcək perspektivləri açıq müzakirə etmək üçün şərait yaradır.
4. Strateji Planlaşdırma və Büdcə İdarəetməsi
- Strateji qərarların dəstəklənməsi:
Şirkətin strateji hədəflərinə əsasən maliyyə resurslarının bu hədəf istiqamətində istifadə olunması vacibdir. Hədəfdən kənar istiqamətə edilən hər bir xərcləmə maliyyə resurslarının israfına səbəb ola bilər. Hədəf istiqamətində isə böyümək və genişlənmək planlarının edilməsi isə daha strateji addım hesab olunur və gələcək investisiyalar üçün də yeni hədəflər yaradır.
- Büdcə planlaması:
Büdcə planlaması etmək gəlir və xərclər arasındakı nisbəti ölçmək və maliyyə resurslarını optimal şəkilddə idarə etmək üçün vacibdir. Bu yolla xərclər nəzarətdə saxlanılır və gəlirin artması üçün lazım olan addımlar atılır.
5. Hüquqi Uyğunluğun Təmin Edilməsi
- Qanunvericiliyə uyğunluq:
Maliyyə əməliyyatların və maliyyə proseslərinin həm yerli, həm də beynəlxalq qanunvericiliyə uyğunluğu təmin edilməlidir. Qanunvericilikdə baş verən dəyişikliklər izlənərək maliyyə əməliyyatları da bu qaydalara uyğunlaşdırmaq lazımdır.
- Düzgün sənədləşmə:
Düzgün və vaxtında sənədləşmə ilə hüquqi problemlərdən qaçınmaq və cərimə və sanksiyaların qarşısını almaq mümükündür.
Bunlarla yanaşı mühasibatlıq xidmətlərindən istifadə sahibkarlara iş şəraitində effektliyin artırılması, risklərin təhlili və sığorta ilə qarşısının alınması, risklərin minimuma endirilməsi, məhsul və xidmətlərin inkişaf etdirilməsi, bazardakı mövqeyin möhkəmləndirilməsi üçün kömək edir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Səyyar vergi yoxlaması zamanı sənədlərin və əşyaların götürülməsi