Audit yoxlaması nə üçün lazımdır?
Audit – təsərrüfat subyektlərində maliyyə hesabatlarının və mühasibat uçotunun dəqiq və düzgün aparılmasının müstəqil yoxlanılmasıdır. Auditor xidməti dedikdə isə təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, təhlil aparmaq, ekspertiza və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin doğruluğunu təsdiq etmək və digər xidmətləri göstərmək nəzərdə tutulur. Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Mülkiyyətçilər auditora...