Cari vergi ödəmələri
Cari vergi ödəmələri rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Bələdiyyə mülkiyyətində olan təşkilat və müəssisələr mənfəət vergisini yerli büdcəyə ödəyirlər. Hər ödəmənin məbləği öncəki vergi ilində hesablanan verginin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar Vergi Məcəlləsinin 101.4-cü maddəsi ilə müəyyən edilmiş 10% dərəcə ilə...