Mühasibat uçotu nədir?
Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin fəaliyyəti (aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri) barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsidir. Həmçinin maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Ən sadə dillə desək, mühasibat uçotunu subyektlərin fəaliyyəti haqda məlumat bazası kimi başa düşmək olar. Belə...