Fərdi sahibkar və müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən müəyyən edilir. Fərdi sahibkarın və müəssisənin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu sığortalanma tarixinə həmin əmlakın bazar dəyərinə uyğun olan dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır...