Hər birimiz müxtəlif məqsədlərimizi həyata keçirmək üçün daim vaxt və enerji sərf edir, uğurlu olmaq üçün çalışırıq. Müasir dövrdə isə uğur artıq yemək, nəfəs almaq kimi əsas ehtiyaclar (hətta, necə deyərlər, “emosional ehtiyaclar”) içərisində yer alıb. Çünki hər bir insan həyatında heç olmazsa bir dəfə nəyəsə nail olmağın verdiyi tətmin olmaq hissini yaşamaq istəyir. Bu barədə yəqin ki, siz də çox axtarış etmisiniz. Uğurlu insanların həyat yolunu və verdiyi məsləhətləri araşdırmısınız. Lakin ilk öncə bunu bilməlisiniz ki, uğurlu biznes üçün ianaliz etməli, doğru strategiyaları tapmalısınız. Bu bloq yazımızda uğurlu biznes qurmaq üçün ən əhəmiyyətli hesab etdiyimiz 8 qızıl qaydadan danışacağıq.
1. Uğursuzluqdan və uğurdan qorxmayın
Uğur qazanmadığınız halda başqaları nə deyər deyə düşünürsünüz, bəs uğur qazansanız nə hiss edərsiniz? Çoxumuz bunu qəbul etməsə də, əslində daxilimizdə düşünürük; görəsən hər şey yaxşılğa doğru getsə öhdəsindən gələ biləcəmmi? Hər şey sizə çox qarışıq və yorucu gələ bilər. Bir pis xəbərim var; etmədən necə olduğunu bilməyəcəksiniz. Amma yaxşı xəbərim də var; risklərinizi idarə edə bilərsiniz. Uğurlu biznes elə risklərin idarə edilməsidir.
2. Öyrənməyə açıq olun
Daim işinizlə bağlı yenilikləri araşdırın. Unutmayın ki, işinizi nə qədər yaxşı bilsəniz də, yenə də sahənizdə bir tələbəsiniz. Daim araşdırmalı, öyrənməli və axtarmalısınız. Bu, öz sahənizlə bağlı işində mütəxəssis olan böyük şəxsiyyətlərin fikirləri də ola bilər, sizinlə eyni sahədə çalışan lokal rəqibləriniz də.
3. İnternetin gücündən istifadə edin
Biznesinizi böyütmək istəyirsinizsə artıq ənənəvi üsul əvvəlki qədər effektli deyil. Bunun üçün rəqəmsal sahədə bir növ virtual biznesinizi (markanızı) yaratmalısınız. Sosial şəbəkələr sizin üçün inanılmaz fürsətlər yaradır. Eyni zaman və enerjini xərcləməklə dəfələrlə daha çox müştəriyə çatmaq imkanınız vardır.
4. Məhsul və xidmətinizin keyfiyyətini daim yüksəldin
Keyfiyyət hər zaman fərqinizi ortaya qoymağınız üçün ən vacib amil olacaqdır. Bunun üçün müştərilərlə daim əlaqədə qalmalı, onların razı və ya narazı olduqları məqamları ayırd etməlisiniz. Ehtiyac və maraqlarına uyğun məhsul və ya xidmət təklif etmək üçün data toplamalı, daha sonra lazım olan addımları atmalısınız.
5. Peşəkar komanda formalaşdırın və işçilərinizin ehtiyaclarını təmin edin
Bütün işçilərinizin işlərini peşəkar görmələri üçün ehtiyacları olduğu bilgi və bacarığa sahib olduqlarından əmin olun. Həmçinin də onların işlərini daha yaxşı görmələri üçün nələrə ehtiyacları olduğunu soruşun. Çünki onların inkişafı sizin inkişafınızdır.
6. Rəqiblərinizi analiz edin
Rəqiblərinizlə birgə müxtəlif tədbirlərdə iştirak edin, onlarla əlaqə saxlayın və fəaliyyətlərini daim izləyin. Hətta lazım olduğu halda birlikdə iş görə bilərsiniz. Bu sizin bazardakı yerinizi real olaraq dəyərləndirə bilməyiniz üçün vacibdir.
7. Hər şeyi sənədləşdirin
Bəzən iş qurarkən öz biznesimizdə yaxın adamlarımızla birlikdə böyümək, faydamızı ən yaxınlarımızla bölüşmək istəyirik. Amma unutmamaq lazımdır ki, “şərti şumda kəsməlisiniz ki, xırmanda yabalaşmayasınız”. Bunu da sadəcə söz üzərində yox, sənədlərlə etməyinizdə hər zaman fayda vardır. Bundan başqa çalışın ki, tək bununla bağlı yox, bütün sənədləriniz qaydasında olsun. Qısaca, hər bir addımızı sənədlərlə rəsmiləşdirməlisiniz.
8. Peşəkardan məsləhət al, işini peşəkara etibar et
Tez-tez etdiyimiz səhvlərdən biri budur ki, bizə lazım olan məsləhəti doğru mənbədən almırıq. Ən pisi isə odur ki, həmin məsləhətlərə əməl də edirik. Lakin bilməsiniz ki, biznesinizə əmək və zaman sərf etmisiniz, ən əsası onunla bağlı xəyal qurmusunuz. Bir sözlə, biznesiniz sizin övladınız kimidir. Onun böyüməsini də yalnız etibarlı əllərə əmanət etmək olar. Biznesin böyüməsi üçün sadə bir məntiq lazımdır. Gəlirləriniz xərclərinizdən çox olmalıdır. Bu sadə səslənsə də, mürəkkəb analizlərin nəticəsində mümkün olan bir prosesdir. Bunu da yalnız peşəkər maliyyə və mühasibatlıq xidmətlərindən istifadə edərək təmin edə bilərsiniz.
Biz də peşəkar komandamızla birlikdə biznesinizin böyüməsi və inkişafı üçün öz maliyyə və mühasibatlıq xidmətlərimizlə sizə dəstək ola bilərik.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.