Vergi bəyannamələri üçün müəyyən olunan müddət necədir?

01 Dekabr 20230

İstənilən növ vergi üzrə vergi ödəyiciləri vergi öhdəliklərini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən olunan müddətdən gec olmayaraq vergi bəyannaməsini qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər. Bu müəyyən edilən müddətlər iş gününə düşdüyü halda ən gec həmin gün, qeyri-iş gününə düşdüyü halda isə ən gec növbəti iş günü təqdim edilməlidir. Qanunvericiliyə uyğun olaraq vergi növləri üzrə bəyannamələri təqdim edən şəxslər aşağıdakı kimi müəyyən edilmişdir.

Gəlir vergisi üzrə bəyannamə təqdim edən şəxslər

Azərbaycan mənbəyindən gəlir qazanan və vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxlər, həmçinin Azərbaycanın hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ən gec hesabat ilindən sonra növbəti ilin martın 31-nə qədər uçotda olduqları orqana bəyannamə təqdim edirlər.

Həmin vaxta qədər fiziki şəxslər illik gəlirlərlə bağlı son hesablamalarını aparır və gəlir vergisini dövlət büdcəsinə ödəyirlər. Əgər vergi ödəyicisi öz fəaliyyətini dayandırarsa və ya işinə xitam verilərsə, bu zaman vergi ilinin əvvəlindən öz fəaliyyətini dayandırdığı vaxta qədər olan müddəti əhatə edən gəlir vergisi bəyannamələrini 30 gündən gec olmayaraq təqdim etməliidr.

Mənfəət vergisi üzrə bəyannamə təqdim edən şəxslər

Bu vergi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, həmçinin AR-da daimi nümayəndəliyi və gəliri Azərbaycan mənbəyindən olan ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonra növbəti ilin martın 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edirlər. Vergi ödəyiciləri qeyd olunan vaxtadək illik gəlirlərlə bağlı son hesablama aparır və mənfəət vergisini ödəyirlər. Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini bələdiyyə büdcəsinə ödəyir və müvafiq bəyannaməni də həmin orqana təqdim edirlər. Vergi ödəyicisi hüquqi şəxs fəaliyyətinin ləğv edilməsi və  dayandırılması haqqında qərarının qəbul edilməsindən 30 gün müddətində mənfəət vergisinin bəyannaməsini verməlidir. (vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətinin dayandırıldığı günə qədər olan dövr üçün )

Aksizlər üzrə bəyannamə təqdim edən şəxslər

Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edən müəssisələr və fiziki şəxslər hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilməli və vergi orqanına bəyannamə təqdim etməlidirlər. Əgər aksizli mallar idxal edilərsə, bu zaman aksiz gömrük rüsumlarının tutulduğu qaydada gömrük orqanları tərəfindən tutulur. Vergi ödəyicisinin fəaliyyətinə xitam verilərsə və ya ləğv edilərsə hesabat ayının əvvəlindən fəaliyyətinə xitam verildiyi günə qədər olan müddəti əhatə edən bəyannamə sonrakı ayın 20-dən gec olmayaraq 30 gün ərzində təqdim edilməlidir.

Dövlət rüsumu üzrə bəyannamə təqdim edən şəxslər

Dövlət rüsumu üzrə hesabat dövrü rübdür. Dövlət rüsumu notarius tərəfindən qəbul edildikdə iki iş günündə büdcəyə köçürülür. AR-nın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün  bu müddət bir aydır. Digər rüsumlar isə tutulduqdan sonrakı bir iş günündə büdcəyə köçürülür. Hesabat rübündən növbəti ayın 20-dək bu rüsumunun tutulması barədə vergi orqanına hesabat təqdim edilməlidir.

Digər vergi növləri üzrə bəyannamələr ilə bağlı ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Mühasibat uçotu nədir?

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.