Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğlərinin təyin edilən müddətdə və müəyyən edilən qaydada ödənilməsidir. Bu yazımızda öhdəlik yerinə yetirmədiyi halda yaranan vergi borcu və onun səbəblərindən danışacağıq.
Vergi Məcəlləsinin 11-ci maddəsinə uyğun olaraq vergi – dövlət və ya bələdiyyələrin fəaliyyətinin təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və ya yerli büdcələrə köçürülən fərdi, əvəzsiz və məcburi ödənişdir. Dövlət yarandığı andan etibarən vergi cəmiyyətdəki iqtisadi münasibətlərin vacib həlqəsini təşkil edir. Vergilərin mövcudluğu ilkin istehlak ilə əlaqədardır. Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələri haqqındadır. Bu maddəyə görə qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada tətbiq edilmiş maliyyyə sanksiyalarını, hesablanmış faizləri və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindən biridir. Bu vəzifə həmçinin vergi ödəyicisininin konstitusion vəzifəsinir.
AR Konstitusiyasının 73-cü maddəsinə uyğun olaraq qanunla müəyyən edilmiş vergiləri və digər dövlət ödənişlərini vaxtında və tam həcmdə ödəmək hər kəsin borcudur. Heç bir şəxsin üzərinə aşağıdakı vergiləri ödəmək vəzifəsi qoyula bilməz:
- Vergi Məcəlləsi ilə müəyyənləşdirilən vergilərin xüsusiyyətlərinə malik olan
- Vergi Məcəlləsi ilə müəyyən edilməyən
- Vergi Məcəlləsi ilə müəyyənləşdirilən qaydalardan fərqli olaraq müəyyən edilən
Vergi öhdəliyi nədir və nə zaman formalaşır?
Vergi öhdəliyi dedikdə vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda və qaydada vergini ödəmək vəzifəsi nəzərdə tutulur. Vergi ödəyicisi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan etibarən vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi isə ödənilməli olan vergi məbləğinin təyin edilən müddətdə və müəyyən edilən qaydada ödənilməsidir. Vergi ödəyicisinin kassasında və ya hesablarında vəsaitin, eyni zamanda əmlakının olub-olmamasından asılı olmayaraq öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməzsə vergi orqanı Vergi Məcəlləsinə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və faizlərin 5 gün ərzində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərir.
Vergi orqanı aşağıdakı hallarda vergilər, maliyyə sanksiyaları və faizlər üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında bank əməliyyatları aparan şəxsə və ya kredit təşkilatına icra sənədi olan sərəncam verir:
- hesablanan və bəyan edilən vergilər nəzərdə tutulan müddətdə ödənilmədikdə;
- vergi ödəyicisinin bildirişi alındığı tarixdən 30 gün ərzində məhkəməyə və ya icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən orqana şikayət verilmədikdə;
- məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən orqanın qərarı olduqda həmin qərara müvafiq olaraq;
- vergi ödəyicisinin yazılı razılığı olduqda.
Birinci və dördüncü hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, tətbiq etdiyi maliyyə sanksiyaları və ya faizlər üzrə vergi orqanı vergi ödəyicisinin xarici və ya milli valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi dəyərində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verirlir. Bu zaman bank kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən çox olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.
Vergi öhdəliyinin yerinə yetirilməməsi zamanı nə baş verir?
Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər əlavə gün üçün ya vergi agentindən və ya vergi ödəyicisindən cari vergi ödəməsi və ya ödənilməmiş vergi məbləğinin 0,1 faizi hissəsində faiz tutulur, bu faiz vergi ödənişlərinə görə bütün əlavə müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz miqdarı vaxtında ödənilməmiş vergiyə həmin vergi məbləğinin vergi ödəyicisinə hesablandığı gündən etibarən tətbiq edilir. Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi borcu ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. Əmlakın siyahıya alınması vergi ödəyicisinin hüquqlarının məhdudlaşdırılmasıdır. Bu zaman o siyahıya alınmış əmlaka və ya onun hər hansı bir hissəsinə sərəncam vermək hüququna malik olmur. Əmlaka sahiblik və ondan istifadə vergi orqanının nəzarəti ilə həyata keçirilir. Əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsi nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- nağd pul vəsaitləri;
- bilavasitə məhsulların istehsalında iştirak etməyən əmlak (valyuta dəyərliləri, qiymətli kağızlar, minik avtonəqliyyatı, qeyri-istehsal binaları, otaqlarının dizayn əşyaları və s.);
- hazır məhsullar, habelə istehsal prosesində iştirakı nəzərdə tutulmayan hər hansı digər maddi qiymətlilər;
- istehsalda iştirakı nəzərdə tutulmuş material və xammal, habelə dəzgahlar, binalar, qurğular avadanlıqlar, qurğular və digər əsas vəsaitlər;
- inventarizasiya aparılmaqla digər əmlak.
Vergi ödəyicisi vergi öhdəliyi vəzifəsini yerinə yetirməkdən boyun qaçırarsa ona yazılı bildiriş göndərilməklə, vergi öhdəliyini dərhal ödəmək tələb edilə bilər.
Vergi orqanlarının vergi borcları, maliyyə sanksiyaları və fazilərin dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən AR Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir.
Vergi öhdəliyinin ödənilməsi necə baş verir?
Vergi ödəyicisi tərəfindən bank hesabında xarici valyutadakı pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu andan 10 iş günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü AR Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti konvertasiya edilməklə sərəncam icra edilir. 10 bank günü ərzində vergi yeni sərəncam göndərilərsə həmin sərəncamda göstərilən vergi borcunun məbləği əvvəlki sərəncama münasibətdə azalmışdırsa, 10 bank günü əvvəlki sərəncamın tarixindən hesablanır. Əgər borcun məbləği vergi orqanının əvvəlki sərəncamına görə artmışdırsa, 10 bank günü müddəti əvvəlki sərəncamda göstərilən vergi borcu üzrə həmin sərəncamın tarixindən, artan vergi borcu məbləğinə görə isə yeni sərəncamın daxil olduğu tarixdən hesablanır.
Vergi orqanının vergi borcları, maliyyə sanksiyaları və faizlərin dövlət büdcəsinə alınması ilə bağlı sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin cari və ya digər hesablarından dövlət büdcəsinə alınarsa və ya dondurularsa, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.
Vergi orqanının sərəncamı geri qaytarılan müddətə qədər bank əməliyyatları aparan şəxslər və ya kredit təşkilatları vergilər üzrə borcların, maliyyə sanksiyalarının və faizlərin dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında ödənilmiş həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla bu vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN OXU: Gəlirdən çıxılan və çıxılmayan xərclər hansılardır?