Vergi ödəyicilərinə hesabların açılması

05 İyul 20240

Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank əməliyyatları aparan şəxslərə müraciət etməlidirlər. Bank əməliyyatları aparan şəxslər dedikdə, bank və digər ödəniş hesablarını açmaq və aparmaq hüququ olan kredit və elektron pul təşkilatları və poçt rabitəsinin milli operatoru nəzərdə tutulur. Müraciətdən sonra bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır. Daha sonra açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərirlər.  Hesabın açılması zamanı qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmalıdır.

Açılmış hesabın qeydiyyata alınması prosesi daxil olmuş məlumat əsasında real vaxt rejimində vergi orqanı tərəfindən avtomatlaşdırılmış qaydada baş verir.  Bank əməliyyatları aparan şəxslərə bu barədə qeydiyyat bildirişi göndərilir. Bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qeydiyyat haqqında bildirişin daxil olduğu anadək qadağandır.

 

Bildirişlə yanaşı sərəncamın göndərildiyi hallar

Aşağıda qeyd olunan hallarda vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı, Vergi Məcəlləsinin uyğun maddəsinə əsasən sərəncam da göndərilir:

  • Adına hesab açılan vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara
    • vergilər;
    • məcburi dövlət sosial sığorta;
    • işsizlikdən sığorta haqları;
    • icbari tibbi sığorta haqları;
    • faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu hallarda;
  • Vergi Məcəlləsi ilə müəyyən edilən müddət bitdiyi halda.

Bildirişdə bu barədə məlumat qeyd edilir.

Qeydlər:

Bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesab üzrə vergi orqanının sərəncamı daxil olanadək həmin hesab üzrə sərəncamda göstərilən məbləğin 105 faizi həcmində məxaric əməliyyatlarının aparılması prosesi məhdudlaşdırılır. Vergi orqanının sərəncamı daxil olana qədər hesabdan məxarici məhdudlaşdırılan vəsaitdən artıq pul vəsaiti olduğu halda həmin artıq vəsaitin hesabdan məxaricini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Vergi orqanının sərəncamı daxil olduqdan sonra əməliyyatlar qanunla nəzərdə tutulmuş qaydalara və növbəlilik prinsipinə riayət edilməklə icra edilir.

Vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş formada icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) göndərir. Bu haqda məlumat hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada göndərilməlidir.

Bank əməliyyatı aparan şəxslər tərəfindən vergi ödəyicilərinə məxsus hesablar bağlandığı halda həmin şəxslər bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Bu haqda məlumat hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada göndərilməlidir.

Hüquqi və fiziki şəxslərə hesab açan və ya onlara maliyyə xidmətləri göstərən bank əməliyyatlarını aparan şəxslər AR-nın normativ hüquqi aktlarının və vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan AR-nın tərəfdar olduğu beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Mühasib peşəsinin xüsusiyyətləri

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.