Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası

14 Yanvar 20240

Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün ərzində vergi öhdəliyi yerinə yetirilməlidir. Əks halda vergi orqanı faizlər, vergilər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə olan borcların ödənilməsinin təmin etmək üçün siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması ilə bağlı məhkəməyə müraciət edə bilər. (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində)

Siyahıya alınan əmlakın yararlıq müddəti qanunvericiliklə müəyyən edilən müddət başa çatanadək bitdiyi halda, vergi orqanı məhkəməyə dərhal müraciət edə bilər. Məhkəmə vergi orqanının müraciətinə AR Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra borca faizin hesablanması dayandırılır.

Vergi ödəyicisinin əmlakının satışı

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkil olunması və keçirilməsi ilə bağlı qaydalar icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

Siyahıya alınmış əmlakın qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” AR qanununa müvafiq olaraq qiymətləndirici tərəfindən aparılır. İcra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici dəvət olunur. Xidmətin dəyəri vergi ödəyicisi tərəfindən ödənilir. Vergi orqanı tərəfindən bu sahədə ixtisaslaşmış, 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır cinayətlərə, korrupsiya və qulluq mənafeyi əleyhinə olan və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət edilməlidir.

Əmlakın satışının həyata keçirilməsi üçün tələb olunan sənədlər

Əmlakın hərracda satışı – əmlakın heç bir şərt qoyulmadan məhkəmənin qərarı əsasında satışıdır. Proses zamanı ən yüksək qiymət təklif etmiş alıcı satışa qoyulan əmlak üzərində mülkiyyət hüququ qazanır. İcra hakimiyyəti orqanə tərəfindən müəyyən edilən qurum və ya orqan hərracın təşkilatçısı kimi çıxış edir.  Həmin qurum hərracı vergi orqanının sifarişi əsasında təşkil edir. Vergi orqanının sifarişinə aşağıda qeyd olunan sənədlər əlavə edilməlidir:

  • vergi ödəyicisinin əmlakının hərracda satışı ilə bağlı AR Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə qərarının surəti;
  • icraata başlanılması barədə icra sənədinin surəti;
  • əmlakın fotoşəkli və yerləşdiyi ünvan haqqında məlumat;
  • əmlakın ilkin satış qiyməti haqda məlumat;
  • satışdan əldə edilən vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;
  • əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının aktı və tərtib olunmuş siyahı;
  • daşınmaz əmlak satıldığı zaman həmin əmlaka aid zəruri olan sənədlərin surəti;
  • ayrıca tikili satıldıqda, onun yerləşdiyi torpaq sahəsindən istifadə və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin surəti;
  • uzunmüddətli icarə hüququ satıldığı zaman müqavilənin surəti və müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;
  • tikintisi başa çatmayan obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində icarə, mülkiyyət və ya istifadə hüququnu təsdiqləyən sənədin, həmçinin tikintiyə icazənin surətləri.

Məhkəmənin qərarı qüvvəyə mindiyi andan etibarən siyahıya alınan əmlakın yararlılıq müddəti 60 gündən tez bitərsə və ya qida məhsulu olarsa vergi orqanı tərəfindən sənədlər hərracın təşkilatçısına 3 gün müddətində təqdim edilməlidir.

Əmlakın satışının həyata keçirilməsinin təşkili

Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin dəyəri 5000 manata qədər olan siyahıya alınmış daşınar əmlakları vergi orqanının müəyyənləşdirdiyi ticarət şəbəkələrində satıla bilər.

Hərracın təşkilatçısının rəsmi internet saytı olmalıdır. Burada hərracın keçirilməsi ilə bağlı elan, hərraca çıxarılan əmlak haqqında məlumatlar həmin internet saytında yerləşdirilməlidir.

Hərracın təşkilatçısı (elektron hərracın təşkilatçısı) keçirilmiş, başa çatmış və ya baş tutmamış hərraclar, siyahıya alınan əmlakın satışından əldə edilən vəsaitlərlə bağlı aylıq məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq icra hakimiyyəti orqanına təqdim edir.

Ticarət şəbəkələri satışa çıxarılmış, satışı təmin edilmiş və ya satışı mümkün olmadığı halda geri qaytarılmış əmlaklar, siyahıya alınan əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq icra hakimiyyəti orqanına təqdim edir.

Əmlakın satışından əldə edilən məbləğin istifadəsi

Əmlakın satışından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, daha sonra isə faizlər, vergilər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə sərf edilir. Vəsaitin qalan hissəsi isə vergi ödəyicisinin yeni borcu yaranmadığı halda 3 bank günü müddətində vergi ödəyicisinə qaytarılır.

Əmlakın satışından daxil olan pul vəsaiti qeyd olunanlar üçün kifayət etmədikdə və ya əmlak satılmadıqda, borcların ödənilməsini təmin etmək üçün borcların qalan məbləği həcmində vergi ödəyicisinin digər əmlakı siyahıya alına bilər.

 

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Daxili auditor və daxili audit xidmətinin vəzifələri

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.