Vergi ödəyicilərinin uçota alınması üçün hansı sənədlər tələb olunur?
Aşağıdakılar istisna olmaqla vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən ərizə verilir:
- publik hüquqi şəxslər;
- kommersiya hüquqi şəxsləri;
- xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları.
Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri uçota alınmaqla bağlı ərizə ilə vergi orqanına müraciət edən zaman aşağıdakı məlumatlar da vergi orqanına təqdim edilməlidir:
- şəhadətnamənin;
- nizamnamə və ya əsasnamənin;
- rəhbərin təyin olunmasını təsdiq edən sənədin;
- hüquqi şəxsin ünvanını təsdiq edən sənədin
- rəhbərin şəxsiyyətini təsdiq edən sənədin
bir nüsxədə surətləri
- ünvan.
Vergi ödəyiciləri olan hüquqi şəxslər yuxarı təşkilatlarına VÖEN veriləndən sonra uçota alınırlar.
Ərizə vergi ödəyicisi və ya səlahiyyətli nümayəndə tərəfindən doldurulur. Vergi ödəyicisi ərizədə göstərilən məlumatların düzgünlüyünə cavabdehlik daşıyır.
Vergi ödəyicisi olan fərdi sahibkar ərizə ilə birgə şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir.
Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındığı zaman, onların şəxsi məlumatlarına, onların adı, doğum tarixi və doğulduğu yer, yaşadığı ünvan, cinsi, vətəndaşlığı haqqında məlumat, şəxsiyyətini təsdiq edən sənədin məlumatları daxil edilir.
Ərizənin forması icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.
Uçota alınma hansı formada həyata keçirilir?
Fiziki şəxslərin uçota alınması prosesi kağız və ya elektron formatda aparılır. Bu qaydalar icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Uçota alınma prosesi nə qədər zaman alır?
Vergi ödəyicisinin uçota alınması vergi orqanı tərəfindən ərizə və digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün ərzində həyata keçirilir. Müvafiq şəhadətnamə həmin müddətdə vergi ödəyicisinə elektron formada göndərir. Fiziki şəxslərin vergi uçotuna elektron formatda alınması dərhal həyata keçirilir. Şəhadətnamənin xüsusi yaradılmış elektron ünvana göndərilməsi real vaxt rejimində aparılır. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiqləyən əsas sənəddir. Şəhadətnamə vergi ödəyicisinə yalnız bir dəfə verilir və onda qalır. Şəhadətnamə yararsız hala düşdüyü və ya itirildiyi hallarda vergi ödəyicisinin müraciəti ilə yeni nüsxəsi verilir. Bu zaman şəhadətnamənin yeni nüsxə olması barədə verilən nüsxənin üzərində müvafiq qeyd aparılır.
Şəhadətnamənin forması icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə şəhadətnamənin kağız daşıyıcıda verilməsi qeyd olunarsa, bu halda şəhadətnamə kağız daşıyıcıda da verilir.
Dəyişiklik zamanı yenidən uçota alınma
Vergi ödəyicisinin olduğu və ya yaşadığı yer dəyişərsə, dəyişiklik bolduğu gündən 40 gün ərzində vergi orqanına ərizə verməlidir. Vergi ödəyicisinin bununla bağlı müraciət etdiyi gündən sonra 15 gün müddətində vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir.
Vergi ödəyicisi məlumatlarda hər hansı dəyişiklik olarsa, dəyişiklik baş verən gündən 40 gün ərzində vergi orqanına məlumat verməlidir.
Vergi ödəyicisinin bir təsərrüfat subyekti olduqda və o vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin olduğu yer üzrə yenidən uçota alınır.
Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin olduğu ünvan üzrə yenidən uçota alınır.
Vergi ödəyicisinin yenidən uçota alınması icra hakimiyyəti orqanının təyin etdiyi orqan tərəfindən müəyyən edilən qaylarla həyata keçirilir.
Uçotdan çıxarılma hansı hallarda baş verir?
Hüquqi şəxsin ləğv edilməsi və ya yenidən təşkil edilməsi, filial və ya nümayəndəliyinin ləğvi, fəaliyyətin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi zamanı uçotdan çıxarılma vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.
Uçota alınma, yenidən uçota alınma, həmçinin uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.